8 ayda Azərbaycanın qeyri-neft ixracı 15 faiz artıb

post-img

Bu ilin yanvar–avqust aylarında Azərbaycanın ümu­mi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2,2 milyard ABŞ dolları təşkil edib. Hesa­bat dövründə qeyri-neft sektoru üzrə ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox olub. 

Bu barədə İqtisa­di İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın sent­yabr sayında məlumat verilir. Məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında yeyinti məhsulları üzrə ixrac 571,4 milyon dollara bərabər olub. Ötən 8 ayda elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6 faiz, şəkər ixracı 17,9 faiz, meyvə-tərəvəz ixracı isə 7,4 faiz artıb. 

Cari ilin yanvar-avqust aylarında aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 faiz ar­taraq 593,9 milyon dollar təşkil edib. Qeyri-neft qaz ixra­cının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz artaraq 132,6 milyon ABŞ dolları təş­kil edib.

XQ

İqtisadiyyat