Türkiyənin Suriyada terror dəhlizinin yaranmasının qarşısını almaq üçün 2019-cu ildə başladığı “Sülh pınarı əməliyyatı”ndan narahat olan Kanada, Azərbaycan Ordusunun ermənilərə qarşı türk PUA-larından istifadə etməsi səbəbindən 2020-ci ildə yenidən Türkiyəyə embarqo tətbiq edib. Qarabağdakı silahlı dəstələr “Wescam”ın PUA-larda istifadə etdiyi elektro-optik və infraqırmızı kamera sistemlərinin satışını dayandırdı. Bu vəziyyət Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın və müstəqilliyin daha da möhkəmlənməsinə imkan yaratdı.
Bu embarqodan sonra Türkiyə “ASELSAN” tərəfindən hazırlanmış “CATS Elektro-Optik” kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemi üzərində işləri sürətləndirdi. “CATS” layihəsi Türkiyənin milli müdafiə sənayesi irəlilədikcə diqqətçəkən bir layihəyə çevrildi, dizayn və inkişaf işləri sürətlə davam etdi. 2020-ci ildə başlayan fədakar mühəndislik tədqiqatları qısa müddətdə “CATS” sistemi ilə mükəmməl şəkildə prosesdə göstərilən qətiyyət və orijinal həllərlə uğurla tamamlandı və 2021-ci ildən etibarən “CATS” sisteminin kütləvi istehsalına başlanıldı.
“CATS”ın kütləvi istehsalı Türkiyənin təhlükəsizliyi üçün çox vacib idi. Siyasi səbəblərdən Türkiyəyə tətbiq edilən embarqolarla başlayan bu proses Türkiyənin texnoloji infrastrukturunu gücləndirən və müdafiə sənayesində yerli istedadları artıran mühüm mərhələ oldu. Türkiyənin müdafiə sənayesinin inkişaf etməsi dost ölkələrin də müdafiə sənayesinə təkan verdi. Bu əməkdaşlıq sayəsində “ASELSAN” yerli və unikal müdafiə texnologiyalarını inkişaf etdirməyə və qlobal miqyasda digər şirkətlərlə də rəqabətə başladı. “CATS” layihəsi ilə başlayan bu proses “ASELSAN”ın dünya bazarında lider olacaq məhsulların inkişaf fəaliyyətlərinin başlanğıcı oldu.
“ASELSAN”, “CATS” sistemi vasitəsilə əldə edilən təcrübə və texnoloji imkanları nəzərə alaraq, qlobal bazarda lider olacaq üstün performansa sahib “ASELFLIR” 500-ü inkişaf etdirməyi hədəfləyir. “ASELFLIR” 500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi PUA-lardan döyüş təyyarələrinə qədər müxtəlif hava platformalarına quraşdırıla bilər. Yüksək performanslı kamerası ilə istifadəçiyə lazımi müşahidələrin və kəşfiyyat işlərinin aparılmasında üstün bacarıqlar verir. Çəkisi 57 kq olan “ASELFLIR” 500 25 kilometrə qədər mənzildə lazerlə məsafə ölçmək imkanı və 360 dərəcə bucaq altında fırlanma qabiliyyəti təmin edir.
İnkişaf işlərinə 2021-ci ildə başlayan “ASELFLIR” 500 qısa müddətdə mühüm irəliləyiş əldə edərək, 2023-cü ilin mart ayında ilk uçuşunu uğurla həyata keçirib. “ASELFLIR” 500-ün sürətli və uğurlu inkişaf prosesi ötən həftələrdə platforma istehsalçısının obyektlərində eyni yüksəklik və hava şəraitində eyni vaxtda iki təyyarədə rəqibləri ilə həyata keçirilən sınaqlarda böyük uğur qazandı. Bu sınaqlarda “ASELFLIR” 500-ün platforma istehsalçısı tərəfindən bildirildiyi kimi, rəqib sistemlərlə müqayisədə üstün performans nümayiş etdirdiyi aydın şəkildə göründü. Yüksək ayırdetmə qabiliyyətinə malik sensorlar, geniş ümumi diyafraqm və yüksək dəqiqlikli stabilizasiya xüsusiyyətləri sayəsində Termal və SWIR görüntü kanallarında əldə edilən təsvirlərin aydınlığı və keyfiyyəti rəqiblərini üstələyib.
Bu nailiyyətlər Türkiyə və Azərbaycanın müdafiə sahəsində müstəqilliyinin artırılması və təhlükəsizlik maraqlarının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Texnoloji inkişaflar hər iki ölkəyə regional təhlükəsizlik məsələlərində daha səmərəli və müstəqil fəaliyyət göstərməyə imkan verəcək. “ASELFLIR” 500 iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə möhkəm mövqe tutmasına və regional təhlükəsizliyin təmin edilməsinə yönəlib. Onu da qeyd edək ki, “ASELSAN” texnologiyasından 2020-ci ildə Vətən müharibəsində istifadə olunub və düşmənə sarsıdıcı zərbələr endirilib.