Jurnalistlərimiz VIII Xəzər Media Forumunda

post-img

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən VIII Xəzər Media Forumunda iştirak edir.

Səfər çərçivəsində nü­mayəndə heyəti ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini zi­yarət edib. 

Forum çərçivəsində nü­mayəndə heyətlərinin rəhbərlə­rinin görüşü keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyə­tinin rəhbəri, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əh­məd İsmayılov Forum gedişində təşkil olunan konstruktiv və məhsuldar müzakirələrin bu sahədə yeni əməkdaşlıq münasibətlərinin qurulması, mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, media savadlılığının artırılması, peşəkar media nü­mayəndələrinin hazırlanması, dezinformasiya ilə mübarizəyə diqqət çəkib. 

XQ

Son xəbərlər