XİN: Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarından paralel istifadəyə hazırıq

post-img

Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.

Bunu XİN-in mətbuat katibi Ayxan Hacızadə Ağdam-Xankəndi və La­çın-Xankəndi yollarından, eyni zaman­da istifadə ilə bağlı yerli medianın sualı­nı cavablandırarkən deyib.

“Bu gün BQXK Azərbaycan tərə­finə müraciət edərək qarşı tərəfin sent­yabrın 18-də Ağdam-Xankəndi və La­çın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunveri­ciliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır”, - deyə Ayxan Hacızadə qeyd edib.

XQ

Siyasət