Zakir Həsənov İran Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib

post-img

Dünən müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçi­rilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan–Ermənis­tan şərti sərhədi və Qarabağ iqti­sadi rayonundakı əməliyyat şəra­itindən danışıb.

Müdafiə naziri son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləş­diyi Azərbaycan ərazisindəki qey­ri-qanuni erməni silahlı dəstələri­nin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşı­sının Ordumuzun bölmələri tərə­findən dərhal və qətiyyətlə alındı­ğını xüsusi vurğulayıb.

General-mayor M.Əhədi Azərbaycan–İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələri­nin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bər­pa-quruculuq işlərindən məm­nunluğunu bildirən İran nümayən­də heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə edib.

Görüşdə ölkələrimiz arasın­da hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***

Həmin gün müdafiə nazirinin müavini – Baş direktor Aqil Qur­banov ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhə­dinin rəhbərlik etdiyi İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb.

Nazir müavini dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlə­dən hərbi sahədə əməkdaşlığı­nın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Baş direktor Birgə Komissiyanın ölkəmizdə keçi­rilən işçi görüşünün ikitərəfli hər­bi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.

Sonra Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbay­can Respublikası Müdafiə Na­zirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərarga­hı arasında hərbi sahədə əmək­daşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib.

İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əmək­daşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər