Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 313 Bakı şəhəri, 7 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 977; 2018, № 12 (II kitab), maddə 2740; 2021, № 10, maddə 1179; 2022, № 12, maddə 1552) ilə təsdiq edilm­iş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “I. “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” hissəsində:

1.1. “030103 Reklam işi” ixtisas qrupuna “Reklam işçisi” ixtisasın­dan sonra “Reklam dizayneri” ixtisası əlavə edilsin;

1.2. “030110 İnteryer və eksteryerin bədii tərtibatı” ixtisas qrupu­na “Bədii tərtibat işlərinin icraçısı” ixtisasından sonra “Florist” ixtisası əlavə edilsin;

1.3. “030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar” ixtisas qrupuna “Metaldan döymə üsulu ilə bədii məmu­latlar hazırlayan usta” ixtisasından sonra “Ağac nəqqaşı” ixtisası əlavə edilsin.

2. “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə is­tiqaməti üzrə” hissəsində:

2.1. “030202 Mühasibat işi” ixtisas qrupuna “Əməliyyatçı-mühasib” ixtisasından sonra “Mühasibat uçotu” ixtisası əlavə edilsin;

2.2. “030203 Sığorta işi” ixtisas qrupuna “Sığorta agenti” ixtisasın­dan sonra “Sığorta işçisi” ixtisası əlavə edilsin;

2.3. “030204 Kommersiya” ixtisas qrupuna “Təchizat üzrə agent” ixtisasından sonra “Dayə”, “Logistika operatoru”, “Merçandayzer”, “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” və “Tədbirlərin təşkilatçısı” ixtisasları əlavə edilsin;

2.4. “030207 Kino-video nümayişi” ixtisas qrupuna “Video çəkilişi üzrə operator” ixtisasından sonra “İşıq operatoru”, “Media və audio­vizual texnologiyaların istismarı”, “Kinomontajçı” və “Səs operatoru” ixtisasları əlavə edilsin;

2.5. “030208 İaşə xidməti” ixtisas qrupuna “Barmen-ofisiant” ixtisa­sından sonra “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Somelye” və “Barista” ixtisasları əlavə edilsin; 

2.6. “030209 Kimyəvi təmizləmə aparatçısı” ixtisas qrupuna “Ləkə­çıxaran” ixtisasından sonra “Kimyəvi və quru təmizləmə işləri üzrə operator” ixtisası əlavə edilsin;

2.7. “030210 Bərbərlik” ixtisas qrupuna “Bərbər-vizajist” ixtisasın­dan sonra “Qrimçi-pastijor”, “Lazer epilyasiyası və depilyasiya texniki”, “Makiyaj ustası” və “Saç kəsimi və gözəllik xidmətlərinin təşkili” ixtisas­ları əlavə edilsin;

2.8. “030213 Bələdçilik” ixtisas qrupuna “Yerli bələdçi” ixtisasından sonra “Turizm təşkilatçısı” ixtisası əlavə edilsin; 

2.9. “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Avtomatlaşdırılmış texnologiyalar və istehsal üzrə operator” ixtisasından sonra “Avtomatika sistemlərinin istismarı” və “Avtomatika üzrə usta” ixtisasları əlavə edilsin;

2.10. “030217 Gəmiçilik xidməti” ixtisas qrupunda “Növbətçi köməkçisi” ixtisası “Növbətçi” ixtisası ilə əvəz edilsin;

2.11. “030219 İnformasiya-kommunikasiya texnologiyası və he­sablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupu üzrə:

2.11.1. “Kompyuterlərin təmiri və xidməti üzrə texnik” ixtisasında “Kompyuterlərin” sözü “Kompüterlərin” sözü ilə, “Telekommuni-kasiya­da kompyuter texnikasının istismarı üzrə operator” ixtisasında “komp­yuter” sözü “kompüter” sözü ilə və “Kompyuter operatoru” ixtisasında “Kompyuter” sözü “Kompüter” sözü ilə əvəz edilsin;

2.11.2. “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəs­sisi” ixtisasından sonra “Sistem və şəbəkə xidməti üzrə texnik”, “Veb-dizayner və proqram təminatçısı”, “Kompüter sistem inzibatçı­sı”, “Kibertəhlükəsizlik”, “Kompüter sistemlərində proqramlaş-dırma”, “Veb-dizayn və proqram təminatı”, “İnformasiya-kommunikasiya tex­nologiyaları üzrə texnik”, “Kompüter sistemlərində proqram təminatı”, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” və “Kompüter ustası” ixtisasları əlavə edilsin; 

2.12. aşağıdakı məzmunda “030221 Mühafizə işi”, “030222 Meh­manxana işi” və “030223 Kinoloji xidmət” ixtisas qrupları əlavə edilsin:

030221
Mühafizə işi
Mühafizəçi
030222
Mehmanxana işi
Mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi
Oteldə konsiyerj
 
Mehmanxana inzibatçısı 
 
Mehmanxana qeydiyyatçısı 
 
Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi 
 
Turanimator 
 
030223
Kinoloji xidmət
Kinoloq
3. “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissəsində:

3.1. “030301 Bitkiçilik” ixtisas qrupuna “Baramaçı” ixtisasından sonra “Bitkiçilik mütəxəssisi”, “İntensiv bağçılıq üzrə işçi”, “İstixana operatoru” və “Meyvə ustası” ixtisasları əlavə edilsin;

3.2. “030302 Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət” ixtisas qrupu üzrə:

3.2.1. “Dizel mühərrikinin motorçusu” ixtisası ləğv edilsin;

3.2.2. “Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyo­ru, avtomobil sürücüsü” ixtisasından sonra “Kənd təsərrüfatı məhsul­larının istehsalı üzrə fermer” və “Kənd təsərrüfatı və inşaat texnikası­nın (maşınlarının) istismarı” ixtisasları əlavə edilsin;

3.3. “030303 Maşın-traktor parkına texniki xidmət” ixtisas qrupuna “Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər” ixtisa­sından sonra “Avtomobil və traktorların elektrik avadanlıqlarının təmi­ri üzrə çilingər-elektrik” və “Aqroservis mütəxəssisi” ixtisasları əlavə edilsin;

3.4. “030304 Heyvandarlıq üzrə mütəxəssis” ixtisas qrupuna “Quş­çuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru” ixtisa­sından sonra “Baytar texniki”, “Baytarlıq və heyvandarlıq işi” və “Hey­vandarlıq mütəxəssisi” ixtisasları əlavə edilsin;

3.5. “030307 Meliorasiya və çilingər işləri” ixtisas qrupuna “Suvar­ma maşınları və nasos qurğuları maşinisti” ixtisasından sonra “Suvar­ma sistemlərinin operatoru” ixtisası əlavə edilsin;

3.6. “030309 Yeraltı mədən işləri” ixtisas qrupuna “Qatılaşdırıcıla­rın aparatçısı” ixtisasından sonra “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası əlavə edilsin;

3.7. “030312 Quyuların təmiri” ixtisas qrupunda “Quyuların əsaslı təmiri üzrə qazmaçının köməkçisi” ixtisası “Quyuların əsaslı təmiri üzrə qazmaçı” ixtisası ilə əvəz edilsin;

3.8. “030313 İstismar və kəşfiyyat quyularının qazılması” ixtisas qrupunda “İstismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi” ixtisası “İstismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı” ixtisası ilə və “İstismar və kəşfiyyat quyularının elektrik üsulu ilə qazmaçı köməkçisi” ixtisası “İstismar və kəşfiyyat quyularının elekt­rik üsulu ilə qazmaçısı” ixtisası ilə əvəz edilsin;

3.9. “030317 Quyuların dəniz qazması” ixtisas qrupunda “Dənizdə üzən qazma aqreqatının qazmaçı köməkçisi” ixtisası “Dənizdə üzən qazma aqreqatının qazmaçısı” ixtisası ilə əvəz edilsin;

3.10. “030319 Bağ-park və landşaft sahələrinə nəzarət” ixtisas qrupuna “Yaşıl təsərrüfat fəhləsi” ixtisasından sonra “Bağban-dekora­tor” ixtisası əlavə edilsin;

3.11. “030320 Kibrit hazırlanmasında avtomat və yarımavtomat xətlər, kibrit istehsalı avadanlıqlarının işlədilməsi” ixtisas qrupunda “Qutudoldurma dəzgahının operatoru” ixtisası ləğv edilsin;

3.12. “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac mə­mulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Mebel ustası” ixtisasından sonra “Üzlükçü dizayner” ixtisası əlavə edilsin;

3.13. aşağıdakı məzmunda “030322 Balıqçılıq” ixtisas qrupu əlavə edilsin:

030322
Balıqçılıq
Balıq yetişdirilməsi üzrə mütəxəssis
4. “IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissəsində:

4.1. “030403 Elektrik stansiyalarının və şəbəkələrinin avadanlıq-la­rına xidmət və təmiri” ixtisas qrupuna “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə elektrik montyoru” ixtisasından sonra “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” ixtisası əlavə edilsin; 

4.2. “030409 Elektrik avadanlıqlarına xidmət və təmiri (sahələr üzrə)” ixtisas qrupuna “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” ixtisasından sonra “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı” ixtisası əlavə edilsin; 

4.3. “030420 Elektron avadanlıqlarına xidmət” ixtisas qrupuna “Ya­rımkeçirici cihazların yığıcısı” ixtisasından sonra “Elektronika və kom­munikasiya sistemlərinin istismarı” və “Elektronika ustası” ixtisasları əlavə edilsin;

4.4. “030431 Rabitə” ixtisas qrupuna “Telefonçu” ixtisasından son­ra “Çağrı mərkəzi operatoru” ixtisası əlavə edilsin; 

4.5. aşağıdakı məzmunda “030432 Alternativ və bərpa olunan enerji mənbələri sistemlərinə xidmət” ixtisas qrupu əlavə edilsin:

030432
Alternativ və bərpa olunan enerji mən­bələri sistem­lərinə xidmət
Külək turbinləri quraşdırıcısı və təmirçisi
Günəş panelləri quraşdırıcısı və təmirçisi
 
Bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı
 
Alternativ enerji qurğu və avadanlıqlarının istismarı
 
 

5. “V. “Metallurgiya, maşınqayırma və metal emalı” peşə istiqaməti üzrə” hissəsində:

5.1. “030503 Poladəritmə (istehsalın növlərinə görə)” ixtisas qru­punda “Marten sobası poladəridicisinin köməkçisi” ixtisası “Marten so­bası poladəridicisi”, “Elektrik sobası poladəridicisinin köməkçisi” ixtisası “Elektrik sobası poladəridicisi”, “Elektroşlak yenidənəritmə qurğusunun poladəridicisinin köməkçisi” ixtisası “Elektroşlak yenidənəritmə qurğusunun poladəridicisi” ixtisası ilə əvəz edilsin;

5.2. “030514 Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri)” ix­tisas qrupuna “Əl elektrik qaynaqçısı” ixtisasından sonra “Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı” və “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasları əlavə edilsin; 

5.3. “030518 Ağac tədarükü və daşıma” ixtisas qrupunda “Qırılacaq meşə sahəsinin hazırlanmasında, ağacın daşınmasında və çıxarılma­sında traktorçu” ixtisası ləğv edilsin;

5.4. “030524 Soyuducu qurğulara xidmət” ixtisas qrupuna “Soyu­ducu qurğuların maşinisti” ixtisasından sonra “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator” ixtisası əlavə edilsin; 

5.5. “030526 Mexaniki emalda dəzgah və avadanlıqların sazlan­ması” ixtisas qrupuna “Genişprofilli dəzgahçı” ixtisasından sonra “Pro­qramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı” ixtisası əlavə edilsin;

5.6. “030527 Torna və frezer dəzgahı” ixtisas qrupunda “Rəqəmli idarə olunan dəzgahların kompyuter operatoru (CAD/CAM/ CAE)” ixti­sasında “kompyuter” sözü “kompüter” sözü ilə əvəz edilsin və həmin ix­tisasdan sonra “Torna və frezer dəzgahlarının operatoru” ixtisası əlavə edilsin.

6. “VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat va­sitələri” peşə istiqaməti üzrə” hissəsində:

6.1. “030601 Uçan aparatların planer və sistemlərinin təmiri və is­tismarı” ixtisas qrupunda “Uçan aparatların hidropnevmatik sistemləri üzrə mexanik” ixtisası ləğv edilsin;

6.2. “030609 Gəmi xidməti” ixtisas qrupu üzrə:

6.2.1. “Şkiper köməkçisi” ixtisası ləğv edilsin; 

6.2.2. “Kapitan (starşina, şkiper)” ixtisasından sonra “Növbə matro­su” ixtisası əlavə edilsin; 

6.3. “030612 Bosman” ixtisas qrupunda “Matros” ixtisası ləğv edilsin;

6.4. “030616 Hərəkət tərkibinin təmiri və xidməti” ixtisas qrupuna “Elektrik avadanlıqlarının təmiri və xidməti elektrik montyoru” ixtisasın­dan sonra “Dəmiryol stansiyası və keçidi növbətçisi” ixtisası əlavə edilsin;

6.5. “030622 Nəqliyyat terminalına xidmət” ixtisas qrupuna “Avto­mobil (dəniz, çay) nəqliyyatında hərəkət və yükləmə-boşaltma işləri dispetçer məntəqəsinin operatoru” ixtisasından sonra “Avtoyükləyi­ci operator” və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator” ixtisasları əlavə edilsin;

6.6. “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupu üzrə: 

6.6.1. “Dizel mühərriklərində yanacaq aparatlarının çilingəri” ixtisası ləğv edilsin;

6.6.2. “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisasından sonra “Avtomobil rəngsazı”, “Avtomobil üzrə dəmirçi” və “Avtomobil mexatro­nikası üzrə texnik” ixtisasları əlavə edilsin;

6.7. “030625 Avtomotonəqliyyat vasitələrinin texniki vəziyyəti” ixti­sas qrupuna “Avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxla­yıcısı” ixtisasından sonra “Nəqliyyat vasitələrinin texniki istismarı (avto­mobil üzrə)” ixtisası əlavə edilsin;

6.8. “030630 İnşaat maşınına xidmət” ixtisas qrupuna “Traktor və yol inşaatı maşınlarının təmiri üzrə çilingər” ixtisasından sonra “Ekska­vator maşinisti” ixtisası əlavə edilsin;

6.9. “030634 Gəmi yolu xidməti” ixtisas qrupunda “Sahil fəhləsi” ix­tisası “Stividor” ixtisası ilə əvəz edilsin.

7. “VIII. “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə is­tiqaməti üzrə” hissəsində:

7.1. “030805 Şəkər istehsalı aparatı” ixtisas qrupunda “Diffuz şirəsi­nin defeksaturasiya aparatçısı” ixtisası ləğv edilsin;

7.2. “030806 Dondurma istehsalı” ixtisas qrupunda “Dondur-manın möhkəmləndiricisi” ixtisası ləğv edilsin;

7.3. “030809 Ət və ət məhsulları istehsalı” ixtisas qrupu üzrə:

7.3.1. “Quş və dovşan cəmdəklərinin çeşidləyicisi” və “Qiymə tərti­batçısı” ixtisasları ləğv edilsin;

7.3.2. “Əti sümükdən ayıran” ixtisası “Ət kəsimi və satışı işçisi, qəs­sab” ixtisası ilə əvəz edilsin;

7.4. “030819 Modelçilik və dizayner” ixtisas qrupuna “Geyim üzrə dizayner” ixtisasından sonra “Moda dizaynı” və “Səhnə kostyumları üzrə dərzi” ixtisasları əlavə edilsin; 

7.5. “030824 Elektron yığma və səhifələmə” ixtisas qrupunda “Kom­pyuter üzrə operator, dizayner” ixtisasında “Kompyuter” sözü “Kompü­ter” sözü ilə əvəz edilsin.

8. “IX. “İnşaat və arxitektura” peşə istiqaməti üzrə” hissəsində:

8.1. “030905 Mənzil-kommunal təsərrüfatı” ixtisas qrupuna “İşıqlandırma şəbəkəsinin elektrik quraşdırıcısı” ixtisasından sonra “Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis” ixtisası əlavə edilsin; 

8.2. “030907 Bəzək tamamlama işləri” ixtisas qrupuna “Suvaqçı” ixtisasından sonra “Rəngsaz və suvaq ustası” ixtisası əlavə edilsin;

8.3. “030908 Ümumi inşaat işləri” ixtisas qrupuna “Çatmaçı” ixtisa­sından sonra “İnşaat ustası”, “Binaların tikintisi və istismarı”, “İnteryer dizayn” və “Quru inşaat işləri ustası” ixtisasları əlavə edilsin; 

8.4. “030910 İnşaatda quraşdırma işləri” ixtisas qrupuna “İnşaat elektrik çilingəri” ixtisasından sonra “Dəmirbənd və taxtabənd quraşdı­rıcısı” və “Plastik qapı və pəncərə ustası” ixtisasları əlavə edilsin;

8.5. “030913 İnşaatda sanitar-texniki sistemlərin hissə və qov­şaqları” ixtisas qrupuna “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisasından sonra “Plastik boru qaynaqçı­sı”, “Kombi və kondisioner ustası” və “İsitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis” ixtisasları əlavə edilsin.

9. “Qeydlər”ə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu Təsnifatda “Merçandayzer” dedikdə satış obyektlərinin satışı və marketinqi ilə əlaqəli işlərin icraçısı, “Somelye” dedikdə iaşə müəs­sisələrində şərabın saxlanılmasını və müştərilərə təqdim edilməsini həyata keçirən işçi, “Barista” dedikdə qəhvə və digər isti (soyuq) iç­kiləri hazırlayan, habelə təqdim edən işçi, “Oteldə konsiyerj” dedikdə otel xidmətləri üzrə müştəriləri məlumatlandıran işçi, “Stividor” dedikdə gəmiyə yüklərin yüklənilməsi və boşaldılması ilə məşğul olan işçi başa düşülür.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları