Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 303 Bakı şəhəri, 5 sentyabr 2023-cü il

“İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqın­da

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanu-nun­da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respubli­kası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2022-ci il 25 iyul tarixli 1761 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır: 

1. “İstilik enerjisindən istifadə qaydaları” təsdiq edilsin (əlavə olunur). 

2. Müəyyən edilsin ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “İstilik enerjisindən istifadə qaydaları”nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir. 

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra haki­miyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edil­məsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr 

tarixli 303 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

       İstilik enerjisindən istifadə 

   

 QAYDALARI

 

1.             Ümumi müddəalar

 

1.1. “İstilik enerjisindən istifadə qaydaları” (bundan sonra – Qaydalar) “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri, o cümlədən istehlakçının istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsini tənzimləyir. 

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  1.2.1. istehlakçı – enerji təchizatı müəssisəsinin istilik və isti su təchizatı xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxs;

  1.2.2. abonent – enerji təchizatı müəssisəsinin şəbəkəsinə qoşulmuş, istilik və isti su təchizatı xidmətlərinə dair müqaviləni (bundan sonra – müqavilə) enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı;

  1.2.3. subabonent – abonentin istilik şəbəkəsinə qoşulmuş istehlakçı;

  1.2.4. sifarişçi – enerji təchizatı müəssisəsinin istilik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxslər;

  1.2.5. balans mənsubiyyəti sərhədi – enerji təchizatı müəssisəsi ilə istehlakçı və ya abonent ilə subabonent arasında istilik təchizatı sistemi qurğuları və avadanlıqlarının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi; 

  1.2.6. istismar məsuliyyəti sərhədi – enerji təchizatı müəssisəsi ilə istehlakçı və ya abonent ilə subabonent arasında istilik təchizatı sistemi qurğuları və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən ayırma nöqtəsi;

  1.2.7. istilik istehlakı sistemi – birləşdirici istilik xətləri və ya istilik şəbəkəsi, istilik mübadilə aparatları və digər istilik mühəndis avadanlıqları daxil olmaqla, istilik istehlakı qurğuları kompleksi;

  1.2.8. istilik təchizatı sistemi – istilik mənbələri, istilik şəbəkələri və istilik istehlakı qurğuları kompleksi;

1.2.9. istilik təchizatı sisteminin layihəsi – tikinti obyektindən istilik şəbəkəsinə qoşulma nöqtəsinədək xəttin çəkilməsinə və ya əlavə enerji (güc) alınmasına dair layihə sənədləri;

1.2.10. istilik şəbəkəsi – istilik və isti su təchizatı məqsədilə istehsal edilən istilik enerjisinin ötürülməsi və paylanması üçün nəzərdə tutulan istilik boru və qurğuları kompleksi;

  1.2.11. istilik daşıyıcısı – istilik təchizatı sistemində istilik və isti su təchizatı məqsədilə istehsal edilən istilik enerjisinin ötürülməsi üçün istifadə olunan maddə (su, buxar);

  1.2.12. şəbəkə suyu – istilik təchizatı sistemində istilik daşıyıcısı kimi istifadə edilən xüsusi hazırlanmış su;

  1.2.13. texniki şərtlər – istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan tikinti obyektində istilik istehlakı qurğularının quraşdırılması, onların istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınmasına dair layihə sənədlərinin hazırlanmasına əsas verən, istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

  1.2.14. sayğac – istilik və isti su təchizatı məqsədilə istehlakçıya verilən istilik enerjisinin həcmini müəyyən edən cihaz (qurğu);

1.2.15. qoşulma aktı – sifarişçinin tikinti obyektinin istilik şəbəkəsinə qoşulmasını təsdiq edən sənəd;

1.2.16. qoşulma nöqtəsi – istiliyin və isti suyun paylanmasına təminat verən istilik şəbəkəsinə tikinti obyektinin fiziki qoşulma yeri;

1.2.17. fiziki qoşulma – sifarişçiyə istiliyin və isti suyun verilməsi üçün çəkilmiş istilik xəttinin müəssisənin təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;

1.2.18. Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi (bundan sonra – Sistem) – kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monito-rinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən informasiya sistemi;

1.2.19. xidmət nöqtələri – kiçik və orta biznes evləri.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

  1.4. İstilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi (bundan sonra – Müəssisə) ilə istehlakçı arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilir.

1.5. Müqavilələr bu Qaydalara əsasən verilən texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra əhali qrupuna aid istehlakçılarla bu Qaydaların 1 nömrəli əlavəsi, qeyri-əhali qrupuna aid istehlakçılarla isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılır.

  1.6. Abonentə məxsus istilik şəbəkəsinə onun təşəbbüsü ilə subabonentlərin qoşulması Müəssisənin razılığı əsasında, Müəssisənin təşəbbüsü ilə abonentə məxsus şəbəkəyə subabonentlərin qoşulması isə abonentin razılığı əsasında həyata keçirilir. Abonentə məxsus şəbəkəyə subabonentlərin qoşulması bu Qaydalara əsasən verilən texniki şərtlərdə nəzərdə tutulur. Abonent ilə subabonent arasında hesablaşmalar onlar arasında bağlanılmış müqaviləyə və bu Qaydaların 9-cu hissəsinə uyğun olaraq aparılır.

  1.7. İstiliyin və isti suyun maksimal saatlıq gücü istilik mənbəyinin texniki imkanları və istilik şəbəkəsinin buraxılış qabiliyyəti nəzərə alınmaqla Müəssisə tərəfindən müəyyən edilir və texniki şərtlərdə əks olunur.         

1.8. İstehlakçının müraciəti ilə maksimal saatlıq gücün artırılmasına yeni texniki şərtlər verildikdən və həmin texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra yol verilir.

1.9. Müəssisə və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istilik və isti su təchizatı xidmətlərinin həcmi, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşmalar və digər məsələlər müqavilədə göstərilir.

1.10. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin yeddinci abzasına əsasən istilik enerjisinin səmərəli, etibarlı ötürülməsinə, paylanmasına, satışına və istehlakına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, təhlükəsizlik tələblərinə əməl olunmasına münasibətdə isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 

1.11. Müəssisə tərəfindən verilmiş texniki şərtlər barədə məlumatlar Sistem vasitəsilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə təqdim edilir.

1.12. Sifarişçi ona verilmiş texniki şərtləri və istilik təchizatı sisteminin layihəsini itirdikdə o, həmin sənədlərin dublikatının alınması üçün xidmət nöqtələrinə müraciət edir və ya elektron qaydada həmin sənədləri Sistemdən əldə edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün xidmət nöqtələri vasitəsilə sifarişçiyə ödənişsiz verilir.

1.13. Büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üzrə prosedur və tələblər də bu Qaydalarla müəyyən edilir.

 

2. İstehlakçıların tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün texniki 

şərtlərin verilməsi

 

  2.1. İstehlakçıların tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması texniki şərtlər əsasında həyata keçirilir. Texniki şərtlər aşağıdakı hallarda verilir:

2.1.1. yeni tikilən və ya istilik şəbəkəsinə əvvəllər qoşulmamış tikinti obyektlərinin istilik və isti su təchizatı üçün;

2.1.2. istilik istehlakı sisteminin genişləndirilməsi və ya yenidən qurulması ilə əlaqədar maksimal saatlıq gücün və ya istilik daşıyıcılarının parametrlərinin dəyişməsi nəticəsində mövcud texniki şərtlərin tələblərindən kənara çıxma olduqda; 

  2.1.3. xarici istilik və isti su təchizatı sxeminin dəyişməsi ilə əlaqədar;

  2.1.4. istilik şəbəkəsi yenidən qurulduqda.

  2.2. Müəssisə heç bir ayrı-seçkiliyə yol vermədən bu Qaydalara uyğun olaraq texniki şərtlər verməlidir.

  2.3. Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.

  2.4. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu müddətə, digər hallarda isə 3 (üç) il müddətinə verilir və bu müddətdə sifarişçi ilə Müəssisə arasında müqavilə bağlanılmadıqda, verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.

  2.5. İstehlakçıların tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün texniki şərtlər Müəssisə tərəfindən Sistem və ya xidmət nöqtələri vasitəsilə verilir.

2.6. Texniki şərtlər almaq üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydaların 2.7-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində Müəssisənin nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Ərizəyə əlavə olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

  2.7. Sistemə aşağıdakı məlumatlar daxil edilir:

  2.7.1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxs olduqda isə - soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası və FİN nömrəsi, VÖEN-i (olduqda);

  2.7.2. sifarişçinin istilik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti;

  2.7.3. sifarişçinin istilik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinin təyinatı;

  2.7.4. tələb olunan istilik  gücü və istehlakın növləri (texnoloji, isitmə, isti su);

  2.7.5. sifarişçinin elektron poçt ünvanı (olduqda), mobil telefon nömrəsi.

  2.8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanu-nunun 31-ci maddəsinə uyğun olaraq, Müəssisənin nümayəndəsi sifarişçinin xidmət nöqtələri vasitəsilə təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini, ona əlavə olunmuş sənədləri qəbul edir və həmin gün Sistemə daxil edir. Sistemə daxil edilən məlumatlar avtomatik qaydada həmin gün qeydiyyata alınır.

  2.9. Sistemə daxil edilmiş məlumatların bu Qaydaların 2.7-ci bəndinin tələblərinə uyğunluğu sifarişçinin müraciət etdiyi gün yoxlanılır. Sənədlərdə çatışmazlıqlar və ya bu Qaydaların 2.29-cu bəndində nəzərdə tutulmuş imtina üçün əsaslar olmadıqda, sənədlər qeydə alındığı gündən 10 (on) gün müddətində Müəssisə tərəfindən texniki şərtin verilməsi haqqında, imtina üçün əsaslar olduqda isə imtina barədə qərar qəbul edilir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat dərhal xidmət nöqtələri vasitəsilə sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə sifarişçiyə göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və ya Sistemə yüklənir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir.

  2.10. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırır. Bu zaman bu Qaydaların 2.9-cu bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə sifarişçinin məlumatına əsasən müddətin axımı bərpa olunur.

  2.11. Sifarişçi sənədlərində aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir, yaxud poçt göndərişi vasitəsilə (eyni zamanda ərizəsində qeyd olunduğu halda elektron poçt ünvanına) sifarişçiyə göndərilir və Sistemə yüklənir.

2.12. İstilik təchizatı sisteminin layihəsinin hazırlanması və tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən istilik şəbəkəsinin qoşulma nöqtəsinədək istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri sifarişçinin öz vəsaiti hesabına, onun seçiminə uyğun olaraq Müəssisə və ya podratçı tərəfindən həyata keçirilir. 

2.13. Bu Qaydaların 2.12-ci bəndində nəzərdə tutulan işlər Müəssisə tərəfindən həyata keçirildiyi hallarda istilik təchizatı sisteminin layihəsi ilə yanaşı, smeta sənədləri də hazırlanır.

2.14. İstilik təchizatı sisteminin layihəsinin podratçı tərəfindən hazırlanacağı hallarda Sistemə daxil edilmiş məlumatların bu Qaydaların 2.7-ci bəndinin tələblərinə uyğunluğunun təsdiqləndiyi gündən 10 (on) gün müddətində Müəssisə texniki şərtləri hazırlayaraq xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edir və ya Sistemə yükləyir və sifarişçi ilə iki nüsxədə qoşulma müqaviləsi bağlayır. Qoşulma müqaviləsinin bir nüsxəsi Müəssisədə saxlanılır, digər nüsxəsi isə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və Müəssisə tərəfindən həmin gün Sistemə yerləşdirilir.

2.15. Bu Qaydaların 2.12-ci bəndində nəzərdə tutulan işlər Müəssisə tərəfindən həyata keçiriləcəyi hallarda Müəssisənin nümayəndəsi Sistemə daxil edilmiş məlumatların bu Qaydaların          2.7-ci bəndinin tələblərinə uyğunluğunun təsdiqləndiyi gündən etibarən 1 (bir) gün müddətində tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) istilik şəbəkəsinə optimal qoşulma nöqtəsini müəyyən edir. Həmin nöqtədən tikinti obyektinə istilik xətlərinin çəkilməsi üçün 3 (üç) gün müddətində optimal trassanın (yolun) layihəsinin hazırlanması və həmin trassa (yol) üzrə istilik xətlərinin çəkilməsi üçün istilik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, bu Qaydaların            5 nömrəli əlavəsində nəzərdə tutulan siyahı əsasında rəyi tələb olunan orqanların (qurumların) siyahısının müəyyən edilməsi üçün Müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq verdiyi tikinti obyektlərinə və Bakı şəhərinin inzibati ərazisi və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərinə münasibətdə Azərbaycan Respublika-sının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, sərəncamına verilmiş torpaq sahəsində sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə, digər hallarda müvafiq yerli icra hakimiyyəti orqanına Sistem vasitəsilə sorğu göndərir. 

  2.16. Bu Qaydaların 2.15-ci bəndinə əsasən Müəssisənin nümayəndəsi seçilən trassa (yol) üzrə rəyi tələb olunan orqanların (qurumların) siyahısının Sistemə yerləşdirildiyi gün Sistem vasitəsilə həmin orqanlara (qurumlara) müraciət edir. Müəssisənin nümayən-dəsi tərəfindən edilmiş müraciətə və təqdim olunmuş sənədlərə həmin orqanlar (qurumlar) 3 (üç) gündən gec olmayaraq Sistemdə münasibət bildirirlər. Bu zaman həmin orqanlar (qurumlar) tərəfindən istilik təchizatı sisteminin layihəsində nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Rəyi tələb olunan orqanlar (qurumlar) bu bəndin ikinci cümləsində göstərilən müddət ərzində münasibət bildirmədikdə, məsələ razılaşdırılmış hesab olunur.

  2.17. Müəssisənin nümayəndəsi bu Qaydaların 2.16-cı bəndində nəzərdə tutulan bütün orqanların (qurumların) razılığını aldığı gün texniki şərtlər və istilik təchizatı sisteminin layihəsinin hazırlanması üçün Müəssisə tərəfindən müəyyən olunan məbləğ barədə bildirişi Sistemə daxil edir və SMS-lə sifarişçinin mobil telefon nömrəsinə göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 1 (bir) gün ərzində istilik təchizatı sisteminin layihəsinin hazırlanması üçün tələb olunan vəsaiti Sistem vasitəsilə Müəssisənin bank hesabına köçürür, vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatı Sistemə daxil edir və ya Sistemə daxil edilməsi məqsədilə Müəssisənin nümayəndəsinə təqdim edir. Vəsait köçürüldükdən sonra sifarişçi ilə  iki nüsxədə qoşulma müqaviləsi bağlanılır, qoşulma müqaviləsi kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və Müəssisə tərəfindən həmin gün Sistemə yerləşdirilir. Müəssisənin nümayəndəsi texniki şərtlərin və istilik təchizatı sisteminin layihəsinin hazırlanması üçün Müəssisəyə müvafiq sənədlərlə müraciət edir. Müəssisə bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş hallarda 20 (iyirmi) gün müddətində texniki şərtləri və istilik təchizatı sisteminin layihəsini hazırlayır. Bu zaman Müəssisə sifarişçinin iştirakı olmadan tikinti obyektinə yerində baxış keçirə bilər.

2.18. Bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş hallarda Müəssisə tərəfindən texniki şərtlər və istilik təchizatı sisteminin layihəsi xidmət nöqtələrindəki Müəssisənin nümayəndə-sinə təqdim olunduqdan sonra Müəssisənin nümayəndəsi tərəfindən həmin gün sifarişçiyə məlumat verilir. Texniki şərtlər və bu Qaydaların              2.13-cü bəndində nəzərdə tutulmuş hallarda istilik təchizatı sisteminin layihəsi xidmət nöqtələri vasitəsilə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir.

2.19. İstilik təchizatı sisteminin layihəsinin hazırlanmasının podratçı tərəfindən həyata keçiriləcəyi hallarda sifarişçi texniki şərtləri əldə etdikdən sonra tikinti obyektinə istilik xətlərinin çəkilməsi üçün           3 (üç) gün müddətində optimal trassanın (yolun) layihəsinin və həmin trassa (yol) üzrə istilik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, bu Qaydaların 5 nömrəli əlavəsi ilə müəyyən edilən siyahıdan rəyi tələb olunan orqanların (qurumların) siyahısının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq verdiyi tikinti obyektlərinə və Bakı şəhərinin inzibati ərazisi və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, sərəncamına verilmiş torpaq sahəsində sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə, digər hallarda isə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət edir. Sifarişçi seçilən trassa (yol) üzrə rəyi tələb olunan qurumların dairəsi müəyyən edildiyi gün həmin orqanlara (qurumlara) yazılı müraciət edir və bu halda rəyi tələb olunan orqanlar (qurumlar) tərəfindən bu Qaydaların 2.16-cı bəndində qeyd edilən tələblərə riayət olunur. 

2.20. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən istilik şəbəkəsinə qoşulma nöqtəsinədək istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri Müəssisə tərəfindən həyata keçirildikdə, Müəssisənin nümayəndəsi tərəfindən Müəssisənin hazırladığı smeta sənədlərinə əsasən tikinti-quraşdırma işləri üçün tələb olunan məbləğ barədə bildiriş Sistemə daxil edilir və SMS-lə sifarişçinin mobil nömrəsinə göndərilir. Həmin işlər texniki şərtlərə və istilik təchizatı sisteminin layihəsinə əsasən qoşulma müqaviləsində göstərilən müddətdə və bildirişdə əks olunan vəsait sifarişçi tərəfindən Müəssisənin bank hesabına köçürüldükdən sonra yerinə yetirilir. Sifarişçi bildirişə əsasən tikinti-quraşdırma işləri üçün tələb olunan məbləği Sistem vasitəsilə Müəssisənin bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatı Sistemə daxil edir və ya Sistemə daxil edilməsi məqsədilə Müəssisənin nümayəndəsinə təqdim edir.

2.21. İstilik təchizatı sisteminin layihəsi sifarişçinin seçdiyi podratçı tərəfindən hazırlandıqda razılaşdırılması üçün sifarişçi tərəfindən Müəssisəyə təqdim edilir. Müəssisə tərəfindən 3 (üç) gün müddətində münasibət bildirilmədikdə layihə razılaşdırılmış hesab edilir. Müəssisənin rəyi əsasında sifarişçi tərəfindən istilik təchizatı sisteminin layihəsində müvafiq dəyişikliklər edildikdən sonra bu bəndin tələblərinə uyğun olaraq istilik təchizatı sisteminin layihəsi yenidən razılaşdırılır. Layihəyə dair bütün iradlar ilkin rəydə bildirilməlidir. Sifarişçi tərəfindən həmin qurumların ilkin rəyləri tam nəzərə alındığı halda yeni rəy bildirilə bilməz.

2.22. İstilik təchizatı sisteminin layihəsinin hazırlanması, həmçinin istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri podratçı tərəfindən həyata keçirildikdə, işlər yerinə yetirildikdən sonra sifarişçi Müəssisəyə bu barədə kağız daşıyıcıda məlumat verir və ya həmin məlumatı Sistemə yerləşdirir.

2.23. Qoşulma müqaviləsi və onun tərkib hissəsi olan texniki şərtlər bu Qaydaların 4 nömrəli əlavəsi, qoşulma aktı isə bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilən formada tərtib edilir.

2.24. Bu Qaydaların 2.20-ci və 2.22-ci bəndlərində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində Müəssisənin nümayəndələrinin, sifarişçinin (və ya nümayəndəsinin), bu işlər podratçı tərəfindən yerinə yetirildiyi halda isə həmçinin həmin podratçının iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, istilik təchizatı sistemi layihəsi tam yerinə yetirildikdə təhvil-təslim aktı sifarişçi ilə Müəssisə arasında iki nüsxədə qoşulma aktı imzalanır, müqavilə bağlanılır və həmin sənədlər Sistemə yerləşdirilir, kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və Müəssisə tərəfindən xidmət göstərilməsinə başlanılır.

2.25. Podratçı tərəfindən yerinə yetirilmiş işlərə baxış keçirilərkən texniki şərtlərin və istilik təchizatı sisteminin layihəsinin tələblərinin tam yerinə yetirilməməsi müəyyən olunduqda, Müəssisə tərəfindən bu barədə sifarişçiyə 2 (iki) gün müddətində aradan qaldırılmalı çatışmazlıqlar göstərilməklə əsaslandırılmış cavab verilməlidir.

2.26. Sifarişçi göstərilmiş çatışmazlıqları aradan qaldırmalı və görülən işlərə 2 (iki) gün müddətində yenidən baxış keçirilməlidir.

2.27. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektinin istilik şəbəkəsinə qoşulması məqsədilə texniki şərtlərin və istilik təchizatı sisteminin layihəsinin xidmət nöqtələri vasitəsilə verilməsi tikintiyə icazə verən orqan tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, bu Qaydaların tələbləri nəzərə alınmaqla təmin edilir. 

2.28. Sifarişçinin inşa ediləcək tikinti obyektinin istilik şəbəkə-sinə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan sonra onun bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş qaydada müraciətinə əsasən və bu Qaydalara uyğun olaraq həyata keçirilir.

2.29. Texniki şərtlərin verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.29.1. təqdim edilən sənədlərdə səhv və ya təhrif olunmuş məlumatlar olduqda;

2.29.2. istilik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi ərazidə istilik şəbəkəsi və ya mövcud istilik şəbəkəsində tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və əsaslandırmalar təqdim edilməklə).

2.30. İstehlakçıya texniki şərtlərin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəblərini əsaslandırmaqla, imtina barədə qərar qəbul edildiyi gündən 5 (beş) gün müddətində məlumat təqdim edilir (elektron poçt ünvanı və sifarişli poçt göndərişi vasitəsilə göndərilir) və Sistemə yerləşdirilir.

2.31. İstilik şəbəkəsinə qoşulmuş tikinti obyekti üçün əvvəllər verilmiş texniki şərtləri bərpa etmək mümkün olmadıqda, mövcud olan istilik təchizatı sxeminə uyğun olaraq maksimal saatlıq güc göstərilməklə yeni texniki şərtlər verilir. Bu zaman maksimal gücün həcmi son 2 (iki) ildə istehlak gücü həddinə bərabər, yaxud istehlakçının (sifarişçinin) əvvəlki maksimal saatlıq gücünün həcmi haqqında təqdim etdiyi sənədlərə əsasən müəyyən edilir. 

2.32. İstilik təchizatı sisteminin layihələndirilməsi zamanı texniki şərtlərin tələblərindən kənara çıxma zərurəti yaranarsa, sifarişçi kənara çıxma zərurəti yaradan səbəblərə dair əsaslandırılmış məlumatlar qeyd edilməklə onun razılaşdırılması üçün ərizə ilə texniki şərtləri vermiş Müəssisəyə müraciət edir. Texniki şərtləri vermiş Müəssisə 2 (iki) gün müddətində sifarişçi tərəfindən təqdim edilmiş kənara çıxma zərurətinə dair məlumatlar əsaslı hesab edildikdə texniki şərtlərdə müvafiq dəyişikliklərin edilməsi barədə, əks halda texniki şərtlərin qüvvədə saxlanılması barədə qərar qəbul edir.         

  2.33. Qoşulma nöqtəsi tikinti obyektinə ən yaxın məsafədə yerləşən istilik mənbəyinin texniki imkanları, istilik şəbəkəsinin buraxılış qabiliyyəti və tələb olunan istilik gücü nəzərə alınmaqla müəyyən edilməlidir.

2.34. Müəssisə ilə sifarişçi arasında balans mənsubiyyəti sərhədi qoşulma aktı ilə müəyyən edilir. Subabonentə münasibətdə isə balans mənsubiyyəti sərhədi ona məxsus istilik istehlakı qurğularının abonentin istilik şəbəkəsinə qoşulma nöqtəsidir və onlar arasında bağlanılmış istilik və isti su təchizatı xidmətlərinə dair müqavilə ilə müəyyən edilir.

2.35. Müəssisə ilə sifarişçi arasında istismar məsuliyyəti sərhədi balans mənsubiyyəti sərhədi ilə müəyyən edilir.

  2.36. Qoşulma aktı imzalandığı halda Müəssisə müqavilə bağlamaqdan imtina edə bilməz. 

2.37. Yaşayış binalarının istilik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin istilik şəbəkəsinə qoşulması üçün ayrıca texniki şərtlərin və istilik təchizatı sisteminin layihəsinin alınması tələb olunmur. 

 

3. İstilik və isti su sayğaclarının quraşdırılması və istismarı

 

3.1. Müəssisə və istehlakçı arasında istilik və isti su təchizatı xidmətlərinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində, bu mümkün olmadığı hallarda isə istilik mənbəyində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş müvafiq sayğac quraşdırılmalıdır.

3.2. Əhali qrupuna aid olan istehlakçılara göstərilən istilik təchizatı xidmətlərinin uçotu bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırılmış sayğac vasitəsilə, isti su təchizatı xidmətlərinin uçotu isə mənzillərin və ya yaşayış evlərinin girişində və ya onların daxilində quraşdırılmış sayğac vasitəsilə aparılır.

3.3. İstehlakçıların sayğacla təchiz edilməsi, onun quraşdırıl-ması və dəyişdirilməsi əhali qrupuna aid olan istehlakçılara münasibətdə bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, Müəssisənin vəsaiti hesabına, qeyri-əhali qrupuna aid olan istehlakçılara münasibətdə isə istehlakçının öz vəsaiti hesabına  həyata keçirilir.

3.4. İstilik təchizatı xidmətləri üçün sayğaclar əhali qrupuna aid olan istehlakçıların mənzilində və ya yaşayış evində istehlakçının istəyi ilə onun vəsaiti hesabına Müəssisə və ya podratçı tərəfindən quraşdırılır və bu halda hesablaşmalar sayğacda əks olunmuş göstəricilərə uyğun həyata keçirilir.

3.5. Zədələnmiş sayğacların (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmiri, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) gün müddətində bu Qaydaların tələblərinə uyğun olaraq Müəssisə tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş sayğacın təmiri, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 3.3-cü bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına Müəssisə  tərəfindən həyata keçirilir.

3.6. Qeyri-əhali qrupuna aid olan istehlakçılar tərəfindən balans mənsubiyyəti sərhədində quraşdırılmış sayğacın qorunmasına, sayğac və xətdəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir.                                    

3.7. Mənzillərin və ya yaşayış evlərinin daxilində quraşdırılmış sayğaclar istisna olmaqla, əhali qrupuna aid olan istehlakçıların sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə Müəssisə cavabdehlik daşıyır. 

3.8. Sayğacların növbəti yoxlanılması onların texniki pasportla-rında göstərilmiş müddətdə həyata keçirilir. Sayğacların növbəti yoxlanılmasına görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının müraciəti ilə sayğacın növbədənkənar yoxlanılmasına görə istehlakçı Müəssisə tərəfindən müəyyən edilən və rəsmi internet səhifəsində yerləşdirilmiş məbləğdə vəsait ödəməlidir. 

  3.9. Müəssisənin nümayəndələri istehlakçı tərəfindən sayğaca müdaxilə edilməklə və ya istilik şəbəkəsinə qanunsuz qoşulmaqla istilik enerjisinin talanması hallarını aşkar edərlərsə, bu Qaydaların 3.11-ci və 3.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla bu barədə istehlakçının iştirakı ilə akt tərtib etməli, həmin aktın bir nüsxəsini istehlakçıya, bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublika-sının Energetika Nazirliyinə, cinayət işinin başlanılması üçün əsaslar olduqda isə hüquq mühafizə orqanlarına təqdim etməlidirlər. Akt Müəssisənin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

  3.10. İstehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin uçotu Müəssisə və istehlakçının balans mənsubiyyəti sərhədində aparılmalıdır. Sayğac balans mənsubiyyəti sərhədində quraşdırılmadığı halda, balans mənsubiyyəti sərhədindən sayğacın quraşdırıldığı yerə qədər yerləşən istilik xəttində istilik və isti su itkiləri sınaqlar aparılmaqla müəyyən edilir. Bu itkilər sayğac Müəssisənin balans mənsubiyyətinə aid hissədə quraşdırıldıqda istehlakçıya verilən hesabdan çıxılır, istehlakçının balans mənsubiyyətinə aid hissədə quraşdırıldıqda isə həmin hesaba əlavə edilir. İtkilərin müəyyən edilməsi üçün aparılan sınaqlar Müəssisənin nümayəndələri və istehlakçının iştirakı ilə həyata keçirilir.

3.11. Müəssisənin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

3.12. Müəssisənin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdankənar istilik şəbəkəsinə qanunsuz qoşulma (Müəssisənin razılığı olmadan istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

 

4. Müəssisənin vəzifələri

 

  4.1. Müəssisənin vəzifələri aşağıdakılardır:

  4.1.1. balansında olan istilik təchizatı sistemlərinin və qurğularının istismarı, təmiri, saxlanması və mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;

  4.1.2. istehlakçını müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su təchizatı xidmətləri ilə təmin etmək;

  4.1.3. istiliyin və isti suyun temperatur və təzyiq göstəricilərinin texniki şərt ilə müəyyən edilmiş parametrlərini saxlamaq;

  4.1.4. istehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qaydaların 9.5-ci və 9.6-cı bəndlərinə) əsasən tam hesablamaq və hər ay istehlakçıya məlumat (hesab) təqdim etmək (göndərmək);

  4.1.5. istilik və isti su təchizatı xidmətləri ilə bağlı istehlakçıların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxmaq;

  4.1.6. Müəssisənin təqsiri nəticəsində istehlakçıya ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşımaq;

4.1.7. bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulan hallarda istilik və isti su təchizatı xidmətlərinin dayandırılacağı barədə istehlakçıya ən azı 5 (beş) gün əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt ünvanı vasitəsilə yazılı bildiriş göndərmək.

 

5. Müəssisənin hüquqları

 

  5.1. Müəssisənin hüquqları aşağıdakılardır:

  5.1.1. istehlakçının təqsiri nəticəsində Müəssisəyə ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq maddi ziyanın ödənilməsini tələb etmək;

  5.1.2. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin tam məbləğdə ödənilməsini istehlakçıdan tələb etmək;

  5.1.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzim-lənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada Müəssisənin səlahiyyətli nümayəndələrinin vəzifə borclarını yerinə yetirmək məqsədilə maneəsiz olaraq sahibkarlıq subyekti olan istehlakçıya məxsus əraziyə daxil olması və müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı araşdırmanın aparılması üçün şərait yaradılmasını sahibkarlıq subyekti olan istehlakçıdan tələb etmək.

 

6. İstehlakçının vəzifələri

 

6.1. İstehlakçıların vəzifələri aşağıdakılardır:

6.1.1. bu Qaydaların tələblərinə, həmçinin 1.10-cu bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etmək;

6.1.2. istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək;

6.1.3. istehlakçıya məxsus mənzillərin və yaşayış evlərinin daxilində quraşdırılmış sayğacları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, işlək vəziyyətdə saxlanılmasını və üzərindəki plombların toxunulmazlığını təmin etmək;

6.1.4. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlamaq və bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək;

6.1.5. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək;

6.1.6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlən-məsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada Müəssisənin səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədilə maneəsiz olaraq sahibkarlıq subyekti olan istehlakçıya məxsus əraziyə buraxmaq və müqavilə şərtlərini yerinə yetirilməsi ilə bağlı araşdırmanın aparılması üçün şərait yaratmaq;

6.1.7. sayğaclar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), aşkar olunduğu vaxtdan           1 (bir) iş günündən gec olmayaraq, bu barədə Müəssisəyə şəxsən, yazılı və ya elektron qaydada məlumat vermək;

6.1.8. istehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələr quraşdırmamaq, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə etməmək (sistemdən və qızdırıcı cihazlardan suyu boşaltmamaq). 

6.2. Müəssisə tərəfindən istilik və isti su təchizatı xidmətləri göstərilən və balansında istilik avadanlıqları, o cümlədən istilik xətləri, siyirtmələr, istilik mübadilə aparatları və s. olan qeyri-əhali qrupuna aid olan istehlakçılar, həmçinin yaşayış binasının sahə mülkiyyətçiləri (bina sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilat əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

6.2.1. balansında olan istilik avadanlıqlarını, o cümlədən istilik xətlərini, siyirtmələri, istilik mübadilə aparatlarını texniki cəhətdən saz vəziyyətdə saxlamaq, vaxtlı-vaxtında təmir, sınaq və sazlama işlərini aparmaq;

6.2.2. istilik və isti su təchizatı xidmətlərindən istifadənin müvəqqəti dayandırılması tələb olunan təmir işlərinin yerinə yetirilməsi müddətlərini Müəssisə ilə razılaşdırmaq;

6.2.3. istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik itkilərinə yol verilməməsi üçün tədbirlər görmək;

  6.2.4. hər il istilik mövsümü başlanmazdan əvvəl tikinti obyektinin mövsümə hazırlığı, istilik istehlakı sistemlərinin sınaqdan keçirilməsi və sazlanmasına dair məlumatları (arayışı) Müəssisəyə təqdim etmək (göndərmək).

 

7. İstehlakçının hüquqları

 

  7.1. İstehlakçının hüquqları aşağıdakılardır:

  7.1.1. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlanılmasını və bağlanılmış müqavilənin şərtlərinin yerinə yetirilməsini tələb etmək;

  7.1.2. Müəssisənin təqsiri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq tələb etmək;

7.1.3. istifadə edilmiş istilik və isti su təchizatı xidmətlərinin hesabını bu Qaydalarla müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablanmasını tələb etmək;

  7.1.4. Müəssisənin balansında olan istilik sistemlərində baş vermiş qəzaların və nasazlıqların aradan qaldırılmasını tələb etmək;

  7.1.5. müqavilənin vaxtından əvvəl ləğv olunması barədə Müəssisəyə yazılı müraciət etmək;

  7.1.6. müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su xidmətləri ilə təchiz edilmək.

 

8. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılması

 

  8.1. Müəssisə istilik və isti su təchizatı xidmətlərini aşağıdakı hallarda dayandırır:

8.1.1. istehlakçının müvafiq yazılı müraciəti (istilik və isti su təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

8.1.2. Müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

8.1.3. Müəssisə ilə müvafiq müqavilə bağlanmadıqda;

8.1.4. istehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;

8.1.5. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

8.1.6. məhkəmənin qərarı ilə;

8.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların göstərişi əsasında.

  8.2. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. İstilik və isti su təchizatı xidmətlərinin fərdi qaydada dayandırılması texniki cəhətdən mümkün olmadığı hallarda yaranmış mübahisə ilə əlaqədar Müəssisə tərəfindən məhkəməyə müraciət edilir. İstilik və isti su təchizatı xidmətlərinin dəyərini vaxtında ödəməyən istehlakçıya istilik və isti su təchizatı xidmətlərinin dayandırılması istilik və isti su təchizatı xidmətlərinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

8.3. Bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda (təmir-profilaktika və qəza işlərinin görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən istilik və isti su təchizatı xidmətlərinin dayandırılması qadağandır. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılması hər bir halda (təmir-profilaktika və qəza işlərinin görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) Müəssisə tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 

  8.4. İstehlakçı istilik və isti su təchizatı xidmətlərinin dayandırılması və ya müqavilənin vaxtından əvvəl ləğv olunması barədə xidmət nöqtələrinə və ya Müəssisəyə yazılı müraciət etdikdə, Müəssisə 2 (iki) gün müddətində istilik və isti su təchizatı xidmətlərinin dayandırılması barədə qərar qəbul edir və bu barədə dərhal istehlakçıya məlumat verilir. Qərar qəbul edildiyi gündən xidmət dayandırılır. İstehlakçı xidmətin dayandırıldığı sonuncu günədək istifadə etdiyi istilik və isti su təchizatı xidmətlərinin dəyərini ödəməlidir.

  8.5. İstilik və isti su təchizatı xidmətləri göstərilən tikinti obyektinin mülkiyyətçisi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs dəyişdikdə, əvvəlki istehlakçı mülkiyyətçinin və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxsin dəyişdirildiyi günədək istilik və isti su təchizatı xidmətlərinə görə olan borcunu ödəməlidir. Yeni mülkiyyətçi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs bu hüququ əldə etdiyi gündən 10 (on) gün müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla bu barədə təsdiqedici sənədlər təqdim edərək yeni müqavilənin bağlanılması üçün Müəssisəyə yazılı müraciət etməlidir. Müəssisə yeni mülkiyyətçinin və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxsin müraciət etdiyi gündən 3 (üç) gün müddətində əvvəlki istehlakçı ilə bağlanılmış müqaviləni birtərəfli qaydada ləğv etməli və onunla müqavilə bağlamalıdır.

  8.6. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və Müəssisə tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində istiliyin və isti suyun verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

 

9. İstilik və isti su təchizatı xidmətlərindən 

istifadəyə görə hesablaşmalar

 

  9.1. Müəssisə tərəfindən göstərilən istilik təchizatı xidmətlərinə görə hesablaşmalar Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.            

  9.2. Müəssisə istehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qaydaların 9.5-ci və 9.6-cı bəndlərinə) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən istilik və isti su təchizatı xidmətlərinin hesabı tam ödənildikdən sonra, Müəssisə tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış istilik və isti su təchizatı xidmətlərinin dəyərini Müəssisə istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9.3. İstehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin həcmi Müəssisə və istehlakçı arasındakı istilik şəbəkəsinin balans mənsubiyyəti sərhədində müəyyən edilir.

  9.4. Balans mənsubiyyəti sərhədinə qədər istilik və isti suyun ötürülməsi və istilik itkiləri ilə bağlı bütün xərclər istilik tariflərinə daxil edilir və istehlakçıdan tarifdən artıq əlavə ödəniş tələb edilmir. 

  9.5. Sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtə-sində quraşdırıldığı halda istehlakçılarla hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə aşağıdakı qaydada həyata keçirilir:

  9.5.1. istilik təchizatı xidmətləri ilə bağlı - istehlakçının mənzilinin ümumi sahəsinə görə bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilən tariflərlə;

  9.5.2. isti su təchizatı xidmətləri ilə bağlı - istehlakçının mənzilində bir nəfər üçün aylıq isti su istehlakı norması (2,5 kubmetr) nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə. 

  9.6. Sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda istehlakçılarla hesablaşmalar qeyri-əhali qrupuna aid istehlakçılar üzrə aşağıdakı qaydada həyata keçirilir:

  9.6.1. istilik təchizatı xidmətləri ilə bağlı - istehlakçının tikinti obyektinin tikinti həcminə görə bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilən tariflərlə;  

9.6.2. isti su təchizatı xidmətləri ilə bağlı - istehlakçının tikinti obyektində isti su istifadə edilən nöqtələrin sayına görə.    

  9.7. Sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda mənzillərdə isti su sərfiyyatı həmin mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müəyyən edilir (qeydiyyatda olan şəxslərin sayı barədə arayış “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla istehlakçı tərəfindən təqdim edilir). Qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu barədə                  7 (yeddi) gün müddətində Müəssisəyə məlumat verməlidir. Müəssisə məlumatın verildiyi gündən hesablamanı məlumata uyğun aparmalıdır. 

  9.8. İstehlakçının müraciəti və ya Müəssisənin təşəbbüsü əsasında istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesaba (istehlak-çının müraciət etdiyi hallarda onun müraciət etdiyi gündən 3 (üç) gün müddətində) yenidən baxılır. Sayğacın göstəricilərinin yenidən oxunması və ya hesabların yenidən yoxlanılması nəticəsində fərq müəyyən olunduqda, qarşılıqlı razılaşma əsasında hesabda müvafiq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq (və ya əskik) ödədiyi məbləğ bu Qaydaların 9.2-ci bəndinin tələbləri nəzərə alınmaqla növbəti hesablarda nəzərə alınır.

  9.9. İstehlakçı Müəssisənin nümayəndəsinin sayğaca baxma-sına maneə törətdikdə və ya şərait yaratmadıqda, istilik və isti su təchizatı xidmətlərinin həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta aylıq sərfinə əsasən müəyyən edilir. Orta aylıq sərfə əsasən tərtib edilmiş hesablara sayğacın sonradan müəyyən olunmuş göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq (və ya əskik) ödədiyi məbləğ növbəti hesablarda nəzərə alınır.

  9.10. Sayğac Müəssisə tərəfindən bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), sayğacın olmadığı müddət ərzində istilik və isti su təchizatı xidmətləri dayandırılmır və istifadə edilmiş istilik və isti su təchizatı xidmətlərinin dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) göstərilən istilik və isti su təchizatı xidmətlərinin orta aylıq sərfi həcmində müəyyən edilir.

9.11. Sayğaca müdaxilə və sayğacda pozuntu (sayğacın göstəricilərinin xətasının müəyyən edilmiş normalardan artıq olması) halları aşkar edildikdə, sayğacın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş istilik və isti suyun həcmi bu xidmətlərin göstərildiyi əvvəlki 12 (on iki) ayda (istehlak dövrü           12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) göstərilən istilik və isti su təchizatı xidmətlərinin orta aylıq sərfi həcmində müəyyən edilir. 

9.12. İstilik və isti su təchizatı xidmətlərinin dəyəri nağdsız qaydada bank, poçt, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilir. 

 

 

___________________

 

 

 

 

 

 

“İstilik enerjisindən istifadə qaydaları”na

 

1 nömrəli əlavə

 

İstilik və isti su təchizatı xidmətlərinə dair 

 

M Ü Q A V İ L Ə 

    № ____

(Əhali qrupuna aid olan istehlakçılar)

 

                                                                                                                                                             

 “____” ________ 202 _  il                      ___________ şəhəri (rayonu)

  

Bir tərəfdən enerji təchizatı müəssisəsi (bundan sonra – Müəssisə) rəhbəri _______________________________ şəxsində, digər tərəfdən _____________ şəhəri,________________________ küçəsi, bina___ mənzil___ yaşayan vətəndaş (mülkiyyətçi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs) ___________________ (bundan sonra – İstehlakçı) şəxsində “İstilik enerjisindən istifadə qaydaları”na  (bundan sonra – Qaydalar) uyğun olaraq bu Müqaviləni  bağladılar.

 

1.             Müqavilənin predmeti

 

Bu Müqavilə Müəssisə tərəfindən İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsi  ____ m2, mənzildə və ya yaşayış evində qeydiyyatda olanların sayı ____ nəfər olan  mənzilin və ya yaşayış evinin istilik və isti su təchizatı ilə əlaqədar tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

 

2.             İstilik mövsümünün müddəti

 

          2.1. İstilik mövsümü bu Müqavilənin əlavəsində göstərilən Azərbaycan Respublikasının dağ rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixləri nəzərdə tutulur. İstilik mövsümünün başlanması və başa çatması tarixləri ölkə ərazisində havanın temperaturundan asılı olaraq “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarının tələbləri nəzərə alınmaqla, müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla Müəssisə tərəfindən fərqli tarixlərdə müəyyən edilə bilər.

          2.2. İstilik mövsümünün başlanmasından və ya başa çatma-sından 10 (on) gün  əvvəl bu barədə istehlakçılara media, Müəssisənin rəsmi internet səhifəsi, həmçinin binaların girişində elanlar vasitəsilə məlumat verilir.

 

3.             İstilik və isti su təchizatı xidmətlərindən istifadəyə                       görə hesablaşmalar

 

3.1. İstehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatı xidmətlərinə görə hesablaşmalar istilik və isti su sayğaclarının göstəricilərinə əsasən, sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə Qaydaların 9.5-ci bəndinə uyğun olaraq:

3.1.1. istilik təchizatı xidmətləri ilə bağlı - istehlakçının mənzilinin ümumi sahəsinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə;

3.1.2. isti su təchizatı xidmətləri ilə bağlı - İstehlakçının mənzilində bir nəfər üçün aylıq isti su istehlakı norması nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.

3.2. Bu Müqavilə imzalandığı tarixə istilik təchizatı xidmətlərinin qiyməti 1 Qkal istilik enerjisi üçün ƏDV ilə ___ manat və ya mənzilin və ya yaşayış evinin 1m2 ümumi sahəsi üçün ƏDV ilə ____ manat,  isti su təchizatı xidmətlərinin qiyməti 1 Qkal istilik enerjisi üçün ƏDV ilə ___ manat və ya 1m3  isti su üçün  ƏDV ilə ____ manat, isti su sayğac olmayan mənzillərdə və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması 2,5 m3 həcmində müəyyən edilir.

3.3. Müəssisə İstehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatı xidmətlərinin uçotunu aparır və göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Müqavilənin 3.1-ci bəndinə) əsasən hər ay İstehlakçıya məlumat (hesab) təqdim edir (göndərir).

3.4. İstilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam məbləğdə ödənilməlidir.

3.5. Tariflər dəyişdikdə Müəssisə bu barədə media və Müəssisənin rəsmi internet səhifəsi vasitəsilə istehlakçıya məlumat verir.

 

4. Müəssisənin vəzifə və hüquqları

 

4.1. Müəssisənin vəzifələri aşağıdakılardır:

4.1.1. istilik mövsümünün müəyyən edilmiş müddətlərdə başla-nılması və başa çatdırılması, İstehlakçının bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su təchizatı xidmətləri ilə təmin edilməsi;

4.1.2. istiliyin və isti suyun temperatur və təzyiq göstəricilərinin texniki şərtlə müəyyən edilmiş parametrlərinin saxlanılması; 

4.1.3. istilik və isti su təchizatı ilə bağlı İstehlakçıların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılması;    

  4.1.4. İstehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini Qaydaların və bu Müqaviləyə uyğun olaraq tam hesablanması və hər ay İstehlakçıya məlumatın  (hesab) təqdim edilməsi (göndərilməsi);

4.1.5. Müəssisə tərəfindən əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq təmir-profilaktika işləri görüldükdə və Qaydaların 8.2-ci bəndində nəzərdə tutulan hallarda istilik və isti su təchizatı xidmətlərinin dayandırılacağı barədə İstehlakçıya ən azı 5 (beş) gün əvvəl sifarişli poçt göndərişi və ya İstehlakçının əvvəlcədən razılığı ilə elektron poçt vasitəsilə yazılı bildiriş göndərmək;

4.1.6. Müəssisənin təqsiri nəticəsində İstehlakçıya ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq İstehlakçı qarşısında maddi məsuliyyət daşımaq.

4.2. Müəssisənin aşağıdakı hüquqları vardır:

4.2.1. istilik və isti su təchizatı xidmətlərinin hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin tam məbləğdə ödənilməsini İstehlakçıdan tələb etmək;

4.2.2. İstehlakçının təqsiri nəticəsində Müəssisəyə ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq maddi ziyanın ödənilməsini tələb etmək.

4.3. Müəssisə istilik və isti su təchizatı xidmətlərini aşağıdakı hallarda dayandırır:

4.3.1. İstehlakçının müvafiq yazılı müraciəti (istilik və isti su təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

4.3.2. Müəssisənin İstehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə;

4.3.3. İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;

4.3.4. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

4.3.5. məhkəmənin qərarı ilə;

4.3.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların göstərişi əsasında.

  4.4. Bu Müqavilənin 4.3-cü bəndində (təmir-profilaktika və qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısının alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) nəzərdə tutulan hallarda istilik və isti su təchizatı xidmətlərinin dayandırılması Müəssisə tərəfindən İstehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi İstehlakçıya təqdim edilməlidir. 

4.5. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və Müəssisə tərəfindən İstehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində istiliyin və isti suyun verilməsi bərpa edilməli və aktın bir nüsxəsi İstehlakçıya təqdim edilməlidir.

 

5. İstehlakçının vəzifə və hüquqları

 

5.1. İstehlakçının vəzifələri aşağıdakılardır:

5.1.1. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün bu Müqavilənin şərtlərinin yerinə yetirilməsi;

5.1.2. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin 1 (bir) ay müddətində tam məbləğdə ödənilməsi;

5.1.3. İstehlakçının mənzilində və ya yaşayış evində quraşdırılmış sayğacların onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar edilməsi, işlək vəziyyətdə saxlanılması və üzərindəki plombların toxunulmazlığının təmin edilməsi; 

  5.1.4. sayğaclar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), aşkar olunduğu vaxtdan           1 (bir) iş günündən gec olmayaraq bu barədə Müəssisəyə məlumat verilməsi;

  5.1.5. Qaydaların tələblərinə, həmçinin Qaydaların 1.10-cu bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl edilməsi;

5.1.6. istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasının təmin edilməsi;

5.1.7. adında, soyadında, atasının adında, ünvanında dəyişiklik olduqda bu barədə Müəssisəyə məlumat verilməsi. 

5.2. İstehlakçının aşağıdakı hüquqları vardır:

5.2.1. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə Müqavilə bağlanılmasını və bağlanılmış Müqavilənin şərtlərinin yerinə yetirilməsini tələb etmək;

5.2.2. Müəssisənin təqsiri nəticəsində İstehlakçıya ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq maddi ziyanın ödənilməsini tələb etmək;

5.2.3. istifadə edilmiş istilik və isti su təchizatı xidmətlərinin hesabını müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablanmasını tələb etmək;

5.2.4. Müəssisənin balansında olan istilik sistemlərində baş vermiş qəzaların və nasazlıqların aradan qaldırılmasını tələb etmək və Müqavilənin vaxtından əvvəl ləğv olunması barədə Müəssisəyə yazılı müraciət etmək;

5.2.5. bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində  fasiləsiz olaraq istilik və isti su xidmətləri ilə təchiz edilmək.

5.3. Aşağıdakıların edilməsi qadağandır:

5.3.1. İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması;                  

  5.3.2. istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) edilməsi;

5.3.3. yaşayış binasının layihəsinə əsasən mənzildən keçən və binanın ümumi istifadəsində olan birdən artıq mənzilə xidmət edən istilik xətlərinin özbaşına olaraq yerinin dəyişdirilməsi, kəsilməsi və ya dövriyyənin pozulmasına səbəb olan digər  hallara yol verilməsi.

 

6. Fors-major

 

Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır.

 

7. Müqavilənin ləğv edilməsi və mübahisələrin həlli

 

7.1. Bu Müqavilə İstehlakçının yazılı müraciəti əsasında vaxtından əvvəl, habelə Qaydaların 8.5-ci bəndində nəzərdə tutulan hallarda Müəssisə tərəfindən birtərəfli qaydada ləğv edilə bilər. Yazılı müraciət daxil olduğu vaxtdan 1 (bir) ay müddətində İstehlakçı borcunu tam ödədikdə Müqavilə ləğv edilmiş hesab olunur.

7.2. Bu Müqavilənin icrası ilə əlaqədar yaranan mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir, tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədiyi halda həmin mübahisələrə aidiyyəti üzrə müvafiq məhkəmədə baxılır.

 

8. Müqavilənin müddəti

 

8.1. Müqavilə: “_____”_______________ 202___ il tarixindən qüvvəyə minir.

8.2. İstehlakçı Müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, bu Müqavilənin qüvvədəolma müddəti hər növbəti il üçün uzadılmış hesab olunur. 

8.3. Bu Müqavilə tərəflərin hər birində bir nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir.

8.4. İstilik və isti su təchizatı xidmətlərinin tarifləri dəyişdirildikdə, hesabat tariflərin dəyişdirilməsi haqqında qərarın qüvvəyə mindiyi tarixdən yeni tarifə (qiymətə) uyğun aparılır.

 

 

 

 

 

 

 

9. Tərəflərin hüquqi ünvanları və rekvizitləri

 
İSTEHLAKÇI
MÜƏSSİSƏ
 
 
___________________________
_____________________________
(soyadı, adı, atasının adı)
(adı, bank rekvizitləri, VÖEN)
___________________________
Hüquqi ünvanı  _________________
Ünvanı  ____________________
_____________________________
___________________________
Telefon nömrəsi ________________
Telefon nömrəsi ______________
_____________________________
___________________________

(imza)
(səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və imza)
 
 
 
 
 
 

M.Y.
 

“_____”  ____________ 20 __ il
 

“_____”  ____________ 20 ___ il
                                                               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə”yə (əhali qrupuna aid olan istehlakçılar) əlavə

 

 

Azərbaycan Respublikasının 1 noyabr - 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan dağ rayonlarının siyahısı 

 

1.                Daşkəsən rayonu

2.                Gədəbəy rayonu

3.                Xaçmaz rayonu

4.                Kəlbəcər rayonu

5.                Qəbələ rayonu

6.                Quba rayonu

7.                Qusar rayonu

8.                Laçın rayonu

9.                Lerik rayonu

10.             Şamaxı rayonu

11.             Siyəzən rayonu

12.             Şabran rayonu

13.             Şuşa rayonu

14.             Yardımlı rayonu

 

 

 

 

________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İstilik enerjisindən istifadə qaydaları”na

 

2 nömrəli əlavə

 

İstilik və isti su təchizatı xidmətlərinə dair

 

M Ü Q AV İ L Ə

№ ____

(Qeyri-əhali qrupuna aid istehlakçılar)

 

“____” _________ 202 _  il                        ___________ şəhəri (rayonu) 

 

Bir tərəfdən enerji təchizatı müəssisəsinin (bundan sonra – Müəssisə) rəhbəri _______________________________________ şəxsində, digər tərəfdən    __________________________________ şəxsində, (bundan sonra – İstehlakçı), “İstilik enerjisindən istifadə qaydaları”na  (bundan sonra – Qaydalar) uyğun olaraq bu Müqaviləni bağlayırlar.

 

1.             Müqavilənin predmeti

 

Bu Müqavilə Müəssisə tərəfindən İstehlakçının, _____________ şəhəri, __________________ küçəsi, ___________ ünvanında, tikinti həcmi ____m3, İstehlakçının tikinti obyektində isti su istifadə edilən nöqtələrin sayı___ olmaqla     ____________________________________ istilik və isti su təchizatı ilə əlaqədar tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

                                                 

2.             İstilik mövsümünün müddəti

 

2.1. İstilik mövsümünün başlanması və başa çatması ölkə ərazisində havanın temperaturundan asılı olaraq Müəssisə tərəfindən müəyyən edilir və bu Müqavilənin əlavəsində göstərilən Azərbaycan Respublikasının dağ rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə 15 noyabr - 15 aprel tarixləri nəzərdə tutulur. İstilik mövsümünün başlanması və başa çatması tarixləri ölkə ərazisində havanın temperaturundan asılı olaraq “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarının tələbləri nəzərə alınmaqla müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla Müəssisə tərəfindən fərqli tarixlərdə müəyyən edilə bilər.

2.2. İstilik mövsümünün başlanmasından və ya başa çatmasından 10 (on) gün  əvvəl bu barədə media və Müəssisənin rəsmi internet səhifəsi vasitəsilə məlumat verilir.  

                    

3.             İstilik və isti su təchizatı xidmətlərinə görə hesablaşmalar

 

3.1. İstehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatı xidmətlərinə görə hesablaşmalar istilik və isti su sayğaclarının göstəricilərinə əsasən, sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə Qaydaların 9.6-cı bəndinə uyğun olaraq:

3.1.1. istilik təchizatı xidmətləri ilə bağlı - İstehlakçının tikinti obyektinin tikinti həcminə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə;

3.1.2. isti su təchizatı xidmətləri ilə bağlı - İstehlakçının tikinti obyektində isti su istifadə edilən nöqtələrin sayına görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.          

3.2. Müqavilə imzalandığı tarixə istilik təchizatı xidmətlərinin qiyməti 1 Qkal istilik enerjisi üçün ƏDV ilə ___ manat və ya İstehlakçının tikinti obyektinin 1m3 tikinti həcmi üçün ƏDV ilə ____ manat, isti su təchizatı xidmətlərinin qiyməti 1 Qkal istilik enerjisi üçün ƏDV ilə ___ manat  və ya 1m3  isti su üçün  ƏDV ilə ____ manat həcmində müəyyən edilir.

3.3. Müəssisə İstehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatı xidmətlərinin uçotunu aparır və göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Müqavilənin 3.1-ci bəndinə) əsasən hər ay İstehlakçıya məlumat (hesab) təqdim edir (göndərir).

3.4. İstilik və isti su təchizatı xidmətlərinin hesabı İstehlakçıya təqdim edildikdən sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam məbləğdə ödənilməlidir.

3.5. Tariflər dəyişdikdə Müəssisə bu barədə rəsmi internet səhifəsi və media vasitəsilə İstehlakçıya məlumat verir.

 

 

4.             Müəssisənin vəzifə və hüquqları

 

4.1. Müəssisənin vəzifələri aşağıdakılardır:

4.1.1. istilik mövsümünün müəyyən edilmiş müddətlərdə başlanılması və başa çatdırılması, bu Müqavilənin şərtlərinə uyğun olaraq İstehlakçının etibarlı və fasiləsiz olaraq istilik və isti su təchizatı xidmətləri ilə təmin edilməsi;

4.1.2. istilik və isti suyun temperatur və təzyiq göstəricilərinin texniki şərtlə müəyyən edilmiş parametrlərinin saxlanılması;

4.1.3. istilik və isti su təchizatı xidmətləri ilə bağlı İstehlakçıların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılması;       

4.1.4. İstehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərinin Qaydalara və bu Müqaviləyə uyğun olaraq tam hesablanması və hər ay İstehlakçıya məlumatın (hesab) təqdim edilməsi (göndərilməsi); 

4.1.5. Müəssisə tərəfindən əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq təmir-profilaktika işləri görüldükdə və Qaydaların          8.2-ci bəndində nəzərdə tutulan hallarda istilik və isti su təchizatı xidmətlərinin dayandırılacağı barədə İstehlakçıya ən azı 5 (beş) gün əvvəl sifarişli poçt göndərişi və ya İstehlakçının əvvəlcədən razılığı ilə elektron poçt vasitəsilə yazılı bildiriş göndərilməsi;

4.1.6. Müəssisənin təqsiri nəticəsində İstehlakçıya ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq İstehlakçı qarşısında maddi məsuliyyət daşımaq.

4.2. Müəssisənin aşağıdakı hüquqları vardır:

4.2.1. istilik və isti su təchizatı xidmətlərinin hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin tam məbləğdə ödənilməsini İstehlakçıdan tələb etmək;

4.2.2. İstehlakçının təqsiri nəticəsində Müəssisəyə ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq maddi ziyanın ödənilməsini tələb etmək.

 

5.             İstehlakçının vəzifə və hüquqları

 

5.1. İstehlakçının vəzifələri aşağıdakılardır: 

5.1.1. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün bu Müqavilənin şərtlərinin yerinə yetirilməsi;

5.1.2. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin 1 (bir) ay müddətində tam məbləğdə ödənilməsinin təmin edilməsi;

5.1.3. balans mənsubiyyəti sərhədində quraşdırılmış istilik və isti su sayğaclarının onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar edilməsi, işlək vəziyyətdə saxlanılması və üzərindəki plombların toxunulmazlığının təmin edilməsi;

  5.1.4. sayğaclar və onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), həmin zədələr aşkar olunduğu vaxtdan 1 (bir) iş günündən gec olmayaraq, bu barədə Müəssisəyə məlumat verilməsi;

5.1.5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlən-məsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada Müəssisənin səlahiyyətli nümayəndələrinin vəzifə borclarını yerinə yetirmək məqsədilə maneəsiz olaraq sahibkarlıq subyekti olan İstehlakçıya məxsus əraziyə buraxılması və müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı araşdırmanın aparılması üçün şərait yaradılması;

5.1.6. balansında olan istilik avadanlıqlarının, o cümlədən istilik xətləri, siyirtmələr, istilik mübadilə aparatlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılması, vaxtlı-vaxtında təmir, sınaq və sazlama işlərinin aparılması;

5.1.7. istilik və isti su təchizatı xidmətlərindən istifadənin müvəqqəti dayandırılması tələb olunan təmir işlərinin yerinə yetirilməsi müddətlərinin Müəssisə ilə razılaşdırılması;          

5.1.8. hər il istilik mövsümü başlanmazdan əvvəl obyektin mövsümə hazırlığı, istilik istehlakı sistemlərinin sınaqdan keçiril-məsinə və sazlanmasına dair məlumatların (arayışın) Müəssisəyə təqdim edilməsi (göndərilməsi);            

5.1.9. Qaydaların  tələblərinə, həmçinin Qaydaların 1.10-cu bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl edilməsi;

5.1.10. adında, hüquqi ünvanında, bank rekvizitlərində  dəyişiklik olduqda, ləğv olunması barədə qərar verildikdə bu barədə Müəssisəyə məlumat verilməsi. 

5.2. İstehlakçının aşağıdakı hüquqları vardır:

5.2.1. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə Müqavilə bağlanılmasını və bağlanılmış Müqavilənin şərtlərinin yerinə yetirilməsini tələb etmək;

5.2.2. Müəssisənin təqsiri nəticəsində İstehlakçıya ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq maddi ziyanın ödənilməsini tələb etmək;

5.2.3. istifadə edilmiş istilik və isti su təchizatı xidmətlərinin hesabını müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablanmasını tələb etmək;

5.2.4. Müəssisənin balansında olan istilik sistemlərində baş vermiş qəzaların və nasazlıqların aradan qaldırılmasını tələb etmək və Müqavilənin vaxtından əvvəl ləğv olunması barədə Müəssisəyə yazılı müraciət etmək;

5.2.5. bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində  fasiləsiz olaraq istilik və isti su xidmətləri ilə təchiz edilmək.

 

6.             İstilik və isti su təchizatı xidmətlərinin dayandırılması halları

 

6.1. Müəssisə istilik və isti su təchizatı xidmətlərini aşağıdakı hallarda dayandırır:

6.1.1. İstehlakçının müvafiq yazılı müraciəti (istilik və isti su təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

6.1.2. Müəssisənin İstehlakçıya göndərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə;

6.1.3. İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;

6.1.4. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

6.1.5. məhkəmənin qərarı ilə;

6.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların göstərişi əsasında.

6.2. Bu Müqavilənin 6.1-ci bəndində (təmir-profilaktika və qəza işlərinin görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) nəzərdə tutulan hallarda istilik və isti su təchizatı xidmətlərinin dayandırılması Müəssisə tərəfindən İstehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın                 bir nüsxəsi İstehlakçıya təqdim edilməlidir. 

6.3. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və Müəssisə tərəfindən İstehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində istiliyin və isti suyun verilməsi bərpa edilməli və aktın           bir nüsxəsi İstehlakçıya təqdim edilməlidir.

6.4. Aşağıdakı hallara yol verilməsi qadağan edilir:

6.4.1. İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması;

6.4.2. istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) edilməsi.

 

7.             Fors-major

 

Tərəflərin iradəsindən asılı olmayan hadisələr nəticəsində bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır.

 

8.             Müqavilənin ləğv edilməsi və mübahisələrin həlli

 

8.1. Bu Müqavilə İstehlakçının yazılı müraciəti əsasında vaxtından əvvəl, habelə Qaydaların 8.5-ci bəndində nəzərdə tutulan hallarda Müəssisə tərəfindən birtərəfli qaydada ləğv edilə bilər. Yazılı müraciət daxil olduğu vaxtdan 1 (bir) ay müddətində İstehlakçı borcunu tam ödədikdə Müqavilə ləğv edilmiş hesab olunur.

8.2. Bu Müqavilənin icrası ilə əlaqədar yaranan mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir, tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədiyi halda həmin mübahisələrə aidiyyəti üzrə müvafiq məhkəmədə baxılır.

                                   

9.             Müqavilənin müddəti

 

9.1. Müqavilə “___”________________ 202__il tarixindən qüvvəyə minir.

9.2. İstehlakçı Müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, bu Müqavilənin qüvvədəolma müddəti hər növbəti il üçün uzadılmış hesab olunur. 

9.3. Bu Müqavilə tərəflərin hər birində bir nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir.

9.4. İstilik və isti su təchizatı xidmətlərinin tarifləri dəyişdirildikdə, hesabat tariflərin dəyişdirilməsi haqqında qərarın qüvvəyə mindiyi tarixdən yeni tarifə (qiymətə) uyğun aparılır.

 

10. Tərəflərin hüquqi ünvanları və rekvizitləri

 
İSTEHLAKÇI
MÜƏSSİSƏ
________________________
__________________________
(soyadı, adı, atasının adı/ hüquqi şəxsin adı, bank rekvizitləri, VÖEN)
(adı, bank rekvizitləri, VÖEN)
 
Hüquqi ünvanı  ______________
Fəaliyyət ünvanı/hüquqi ünvanı  
__________________________
________________________________________________
Telefon nömrəsi _____________
Telefon nömrəsi ___________
__________________________
________________________

(imza)
(səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və imza)
 
 
 
 
 

M.Y.
 

M.Y.
 

“_____”___________ 20 ___il                                           “_____”___________ 20 ___il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə”yə (qeyri-əhali qrupuna aid olan istehlakçılar) əlavə

 

 

Azərbaycan Respublikasının 1 noyabr - 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan dağ rayonlarının siyahısı 

 

1.                Daşkəsən rayonu

2.                Gədəbəy rayonu

3.                Xaçmaz rayonu

4.                Kəlbəcər rayonu

5.                Qəbələ rayonu

6.                Quba rayonu

7.                Qusar rayonu

8.                Laçın rayonu

9.                Lerik rayonu

10.             Şamaxı rayonu

11.             Siyəzən rayonu

12.             Şabran rayonu

13.             Şuşa rayonu

14.             Yardımlı rayonu

 

 

 

_____________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İstilik enerjisindən istifadə qaydaları”na

 

3 nömrəli əlavə

 

 

İstilik təchizatı sisteminə qoşulma

  

AKTI

  

    “____”   ________ 202 _____    il     ___________ şəhəri (rayonu)

 

Biz, aşağıda imza edənlər:

 

     1. İstilik təchizatı  müəssisəsinin nümayəndəsi ______________

______________________________________________________

            (soyadı, adı, atasının adı və vəzifəsi)

 

      2. Sifarişçi (və ya nümayəndəsi) _________________________

______________________________________________________

(soyadı, adı, atasının adı və vəzifəsi)

 

      3. Podratçının nümayəndəsi _____________________________

                                                               (soyadı, adı, atasının adı və vəzifəsi)

______________________________________________________

 (tikinti obyektinin yerləşdiyi ünvan)

 

ünvanında yerləşən tikinti obyektində istilik istehlakı sisteminə texniki baxış keçirdik. İstilik istehlakı sisteminin tikintisi zamanı texniki şərtlərin, istilik təchizatı sisteminin layihəsinin tam yerinə yetirilməsi və istilik şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edildi.

 

Layihə sənədi № ____________     _____________________ tarixində verilmişdir.

Bunları nəzərə alaraq tikinti obyektinin istilik şəbəkəsinə qoşulmasına qərar verildi.

Qoşulma başa çatdırıldı ____________                ___________

                                                                   (tarix)                                        (saat)

 

Tikinti obyektinin istilik və isti su təchizatı sisteminin balans mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən etdik

______________________________________________________

______________________________________________________

(istilik və isti su təchizatı sisteminin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)

 

İstehlakçının istilik təchizatı sisteminə birləşdirilməsi sxemi

 

      İmzalar

____________________     ________________________________   

  (soyadı, adı və atasının adı)

____________________     ________________________________   

  (soyadı, adı və atasının adı)

____________________     ________________________________   

  (soyadı, adı və atasının adı)

        

      

 M.Y.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İstilik enerjisindən istifadə qaydaları”na

 

4 nömrəli əlavə

 

 

Mövcud və ya inşa ediləcək tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması müqaviləsi

 

 

            ______________                                        “___” __________ 20 ___il

 

Biz, aşağıda imza  edənlər: ­­____________________________

 

Sifarişçi ___________________________________________

 

_____________________________________________ şəxsində və

(soyadı, adı, atasının adı)

 

Texniki şərti verən müəssisə (bundan sonra – Müəssisə) adından

______________________________________________   şəxsində

(vəzifəsi)

______________________________________________________

(soyadı, adı, atasının adı)

 

tərəflər arasında istilik şəbəkəsinə qoşulma müqaviləsi (bundan  sonra – Müqavilə) bağlanılır.

 

1. Müqavilənin şərtləri

 

1.1. Bu Müqavilə ilə Müəssisə istilik şəbəkəsinin qoşulma üçün hazırlığının təmin edilməsi (layihələndirmə, tikinti, yenidənqurma) daxil olmaqla sifarişçinin _____________________ ünvanında inşa edilmiş (inşa ediləcək) ________________ tikinti obyektinin istilik şəbəkəsinə qoşulması öhdəliyini öz üzərinə götürür.

1.2. Qoşulma nöqtəsi texniki şərtlərdə qeyd olunmuşdur və sifarişçinin istilik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazinin sərhədindən ___________ metr məsafədə yerləşir.

1.3. Texniki şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. 

1.4. Texniki şərtlərin qüvvədəolma müddəti bu Müqavilənin bağlanıldığı tarixdən etibarən ___ ildir.

 

2. Tərəflərin öhdəlikləri

 

2.1. Müəssisənin öhdəlikləri:

- “İstilik enerjisindən istifadə qaydaları”nın (bundan sonra - Qaydalar) 2.17-ci və 2.20-ci bəndlərində nəzərdə tutulmuş hallarda bu Müqavilənin 2.2-ci bəndinin üçüncü abzasında qeyd olunan vəsait Müəssisənin bank hesabına köçürüldükdən sonra 20 (iyirmi) gün müddətində istilik təchizatı layihəsini hazırlamaq, ____ gün müddətində tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən istilik şəbəkəsinə qoşulma nöqtəsinədək istilik xətlərini çəkmək və tikinti-quraşdırma işlərini yerinə yetirmək;

- istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra görülən işlərə baxış keçirilməsində iştirak etmək, qoşulma aktını, sifarişçi ilə istilik və isti su təchizatı xidmətlərinə dair müqaviləni imzalamaq, həmin sənədləri Kommunal Xidmətlərin Vahid İnformasiya Sisteminə (Sistemə) yerləşdirmək və kağız daşıyıcıda sifarişçiyə təqdim etmək və istiliyin və (və ya) isti suyun verilməsini təmin etmək.

2.2. Sifarişçinin öhdəlikləri:

- bu Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək;

- Qaydaların 2.17-ci və 2.20-ci bəndlərində nəzərdə tutulmuş hallarda istilik təchizatı sisteminin layihəsinin hazırlanması üçün Müəssisə tərəfindən hazırlanmış smeta sənədlərinə əsasən müəyyən edilmiş vəsaiti Müəssisənin bank hesabına köçürmək;

- Qaydaların 2.21-ci bəndində nəzərdə tutulmuş işləri yerinə yetirdikdən sonra Müəssisəyə bu barədə kağız daşıyıcıda məlumat vermək və ya həmin məlumatı Sistemdə qeyd etmək; 

- görülən işlərə Müəssisə tərəfindən baxış keçirilməsində iştirak etmək;

- Müəssisə sifarişçinin tikinti obyektinin istilik şəbəkəsinə fiziki qoşulmasını həyata keçirdikdən sonra qoşulma aktını imzalamaq.

 

 

 

 

3. Müqavilədə dəyişiklik edilməsi və Müqavilənin 

ləğv edilməsi şərtləri

 

3.1. Bu Müqavilədə tərəflərin yazılı razılığı ilə dəyişiklik edilə bilər.

3.2. Bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəllə-sində nəzərdə tutulmuş əsaslarla tərəflərdən birinin tələbi ilə və ya tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər.

 

İmzalar:

 

 

Müəssisə adından ________________________________________

 

 

Sifarişçi     ______________________________________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                            “Mövcud və ya inşa ediləcək tikinti

 obyektlərinin istilik şəbəkəsinə

  qoşulması müqaviləsi”nə əlavə

 

İstilik mənbələrinə qoşulma və ya əlavə enerji (güc)                    alınması üçün

 

TEXNİKİ ŞƏRTLƏR

 

№ ______

 

“_____” ___________ 202 __ il

 

 

______________________________________________________  

(texniki şərtləri alan fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin           və ya təşkilatın adı, ünvanı)

 

 

Texniki şərt alınması üçün müraciətin daxilolma nömrəsi və tarixi ____

 

 

Tikinti obyektinin ünvanı ___________________________________

______________________________________________________

 

Texniki şərtin qüvvədəolma müddəti__________________________

 

 

“Təsdiq edirəm”

______________________________________________________

(texniki şərtləri verən enerji təchizatı müəssisəsi)

 

 

1. Tikinti obyektinin təyinatı   ________________________________

2. Tələb olunan maksimal saatlıq güc: 

2.1. isitmə məqsədlərinə  __________________________________  

2.2. isti su məqsədlərinə  ___________________________________ 

______________________________________________________ 

3. İstilik mənbəyi _________________________________________

______________________________________________________

 

4. İstilik şəbəkəsinə qoşulma nöqtəsi və qoşulma ilə bağlı tələblər  ______________________________________________________

______________________________________________________

 

5. İstilik daşıyıcısının parametrləri ____________________________

 

6. Şəbəkə suyunun geri qaytarılması ilə bağlı şərtlər və parametrlər ____________________________________________________________________________________________________________

 

7. İstilik və isti su sayğaclarının quraşdırılmasına aid tələblər ______________________________________________________

______________________________________________________

 

8. İstilik təchizatı şəbəkəsinin (yerüstü və ya yeraltı) çəkilməsi, kanal və kamera, bağlayıcı və  tənzimləyici armatur qurğuların quraşdırılması, istilik izolyasiya tədbirlərinə görə tələblər   ______________________________________________________

______________________________________________________

 

9. İstehlakçıya məxsus şəbəkəyə digər istehlakçıların (subabonent) qoşulmasına aid tələblər___________________________________

 

İmza ______   __________________________________________      

                             (texniki şərtləri verən enerji təchizatı müəssisəsinin nümayəndəsi, 

           soyadı, adı, atasının adı və vəzifəsi)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İstilik enerjisindən istifadə qaydaları”na

 

5 nömrəli əlavə

 

Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması 

tələb olunan orqanların (qurumların)

 

SİYAHISI

 

          1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bu Siyahının 4-cü, 13-cü və 14-cü hissələrində nəzərdə tutulanlar istisna olmaqla, qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə).

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi.

4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə).

5. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti.

6. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti.

7. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi.

9. Müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanı.

10. Müvafiq inzibati ərazi vahidi üzrə yerli özünüidarəetmə orqanı.

11. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi.

12. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.

13. Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi.

14. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə).

15. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.

16. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.

17. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti.

 

Nazirlər kabinetinin qərarları