Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 312 Bakı şəhəri, 6 sentyabr 2023-cü il

“Azərbaycan Respublikası ərazisində dövlət müha­fizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abi­dələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təs­diq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkki­zinci abzasını rəhbər tutaraq, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qo­ruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 iyun tarixli 3920 nömrəli Sərəncamının 2.4-cü bəndinin icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə böl­güsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, mad­də 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57, № 5, maddə 586, № 7, maddə 911; 2015, № 4, maddələr 460, 480, № 7, maddələr 887, 900, № 10, maddə 1216; 2016, № 5, maddə 956; 2018, № 5, maddə 1123, № 10, maddə 2144; 2019, № 6, maddə 1151, № 8, maddə 1449; 2020, № 5, maddə 637, № 6, maddə 808, № 8, maddə 1135, № 9, maddə 1201, № 11, maddə 1417, № 12 (V kitab), maddə 1619; 2021, № 1, maddə 86, № 11, maddə 1261; 2022, № 12, maddə 1552) aşağıdakı dəyişikliklər edil­sin:

1. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli da­şınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 226-cı və 227-ci bəndlər ləğv edilsin;

1.2. 250-ci bənddən sonra “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qo­ruğu” hissəsi və aşağıdakı məzmunda 250-1-ci və 250-2-ci bəndlər əlavə edilsin:

250-1.
Alban məbədi
1197-ci il
Tuğ kəndi
250-2.
Qırmızı məbəd
1000-ci il
Tuğ kəndi
 

2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli da­şınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4320-4322-ci bəndlər ləğv edilsin;

2.2. 4354-cü bənddən sonra “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qo­ruğu” hissəsi və aşağıdakı məzmunda 4354-1-ci, 4354-2-ci və 4354-3-cü bəndlər əlavə edilsin:

4354-1.
Məbəd
XIII əsr
Tuğ kəndi
4354-2.
Məbəd
1747-ci il
Tuğ kəndi
4354-3.
Körpü
XVIII əsr
Tuğ kəndinin yaxınlığında
 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları