Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 314 Bakı şəhəri, 7 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may ta­rixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsu­siyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyala­rın dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkki­zinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 464; 2007, № 8, maddə 852, № 12, maddə 1336; 2008, № 1, maddə 39; 2014, № 7, maddə 935; 2015, № 1, maddə 63, № 5, maddə 670; 2018, № 4, maddə 823; 2019, № 4, maddə 755; 2023, № 6, maddə 841) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdud-laşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in 15-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“15. İnsan orqan və (və ya) toxumalarının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər: 

15.1. gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərt­lər: 

15.1.1. gözün buynuz qişasının idxalı üçün gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank As­sociations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd;

15.1.2. gözün buynuz qişasının ixracı üçün gözün buynuz qişasını qə­bul edən tibb müəssisəsinin Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Glo­bal Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankının olmasını təsdiq edən sənəd.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları