Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 314 Bakı şəhəri, 7 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəa­liyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdı­rılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edil­məsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 464; 2007, № 8, maddə 852, № 12, maddə 1336; 2008, № 1, maddə 39; 2014, № 7, maddə 935; 2015, № 1, mad­də 63, № 5, maddə 670; 2018, № 4, mad­də 823; 2019, № 4, maddə 755; 2023, № 6, maddə 841) ilə təsdiq edilmiş “Fəaliy­yət növlərinin xüsusiyyətindən asılı ola­raq mülki dövriyyəsi məhdud-laşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in 15-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“15. İnsan orqan və (və ya) toxumala­rının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər: 

15.1. gözün buynuz qişasının dövriy­yəsi üçün tələb olunan əlavə şərtlər: 

15.1.1. gözün buynuz qişasının idxalı üçün gözün buynuz qişasının Göz Ban­kı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərə­findən akkreditasiya olunmuş Göz Ban­kı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd;

15.1.2. gözün buynuz qişasının ixracı üçün gözün buynuz qişasını qəbul edən tibb müəssisəsinin Göz Bankı Assosia­siyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkre­ditasiya olunmuş Göz Bankının olmasını təsdiq edən sənəd.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları