Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 315 Bakı şəhəri, 7 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən mal­ların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edil­məsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951, № 12, maddə 1653; 2015, № 5, maddə 615; 2016, № 10, maddə 1727; 2017, № 4, maddə 621, № 9, mad­də 1759, № 11, maddə 2149; 2018, № 4, maddə 824, № 5, maddə 1131; 2019, № 4, maddə 770, № 5, maddə 966; 2021, № 11, maddə 1266) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilmə­si Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.6.11-ci yarımbəndə “mallar” sö­zündən sonra “(insan orqan və toxuma­ları istisna olmaqla)” sözləri əlavə edilsin.

2. 2.6.13-cü yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.6-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.6-1. Transplantasiya məqsədilə insan orqan və toxumaları idxal və ya ixrac edildikdə bu Qaydaların 2.5.1-ci yarımbəndində göstərilən sənədlərin əvəzinə Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2022-ci il 3 sentyabr ta­rixli 345 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqan­ların idxalı və ixracı Qaydası”nın 3.11-ci bəndinə müvafiq olaraq gömrük orqanları tərəfindən transplantasiya məqsədilə in­san orqan və toxumalarının idxalına və ixracına xüsusi icazə verilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Na­zirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin qərarının mövcudluğu yoxla­nılır.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları