Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 316 Bakı şəhəri, 7 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 345 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 345 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1079) ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqan­ların idxalı və ixracı Qaydası”nın 2.3.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3.4-cü yarım­bənd əlavə edilsin:

“2.3.4. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2006-cı il 8 may tarix­li 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaş­dırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in 15-ci hissəsi ilə müəyyən edilmiş təsdiqedici sənədlər (əlavə şərtlər olduğu halda).”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları