Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 317 Bakı şəhəri, 8 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 aprel tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Bakı-Tbilisi-Cey­han Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mü­hafizə zonalarının müəyyən edilmə­si Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 aprel tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 786; 2022, № 8, maddə 1020, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Heydər Əliyev adına Bakı-Tbi­lisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilmə­si Qaydaları”nın 2.1.4-cü yarımbəndinə “Azərbaycan Respublikasının Energeti­ka Nazirliyi” sözlərindən sonra “və Azər­baycan Respublikasının Strateji Obyekt­lərin Mühafizəsi Dövlət Agentliyi” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları