Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 318 Bakı şəhəri, 8 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” porta­lına qoşulmalı olan informasiya sistem­lərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyat­larının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Elektron icra” informasi­ya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Dövlət sosial sığorta sistemində fər­di uçot haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nöm­rəli Qanununun tətbiqi və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2022-ci il 19 avqust tarixli 1816 nömrəli Fərmanı­nın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə 2239; 2017, № 3, maddələr 473, 509, № 9, maddələr 1731, 1764; 2018, № 2, maddə 348, № 5, maddə 1117, № 6, maddələr 1359, 1361, № 9, maddələr 1911, 1931, № 11, maddə 2457; 2019, № 2, maddə 331, № 4, maddə 773, № 5, maddə 948; 2020, № 4, maddə 489; 2021, № 2, maddə 194; 2022, № 8, mad­də 982; 2023, № 2, maddələr 294, 302, № 3, maddə 435) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” porta­lına qoşulmalı olan informasiya sistemlə­rinin və ehtiyatlarının Siyahısı”nın 6.1-1-ci və 6.1-2-ci bəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1175; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 8 iyul tarixli 224 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”də aşağıda­kı dəyişikliklər edilsin:

2.1. 11.3.13-cü yarımbənddə “məc­buri dövlət sosial sığortası üzrə fərdi uçot sistemində sığortaolunan kimi qeydiyyat­da olmasına” sözləri “dövlət sosial sığor­ta sistemində fərdi uçotunun olub-olma­masına” sözləri ilə əvəz edilsin;

2.2. 11.3.15-ci yarımbəndə “sığor­ta” sözündən sonra “haqları” sözü əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları