Rusiyanın müdafiə naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb

post-img

Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Bu barədə jurnalistlərə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər taxıl sövdələşməsi və Suriyada birgə fəaliyyəti müzakirə ediblər.

S.Şoyqu Türkiyənin xarici işlər nazirini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O bildirib ki, Rusiya müxtəlif spektrli məsələlərin həlli istiqamətində Türkiyə ilə ikitərəfli strateji tərəfdaşlığı davam etdirmək niyyətindədir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, öz növbəsində, Rusiya Federasiyası ilə Türkiyə arasındakı münasibətləri “dərin və strateji nöqteyi-nəzərdən düşünülmüş” adlandırıb.

XQ

 

Son xəbərlər