Müdafiə Nazirliyinin rəhbər heyəti “IDEF-23” sərgisinin açılış mərasimində

post-img

İyulun 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyinin mət­buat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DE­ARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin Türkiyənin texno­logiya naziri Mehmet Fatih Kacır ilə gö­rüşüb.

Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.

Son xəbərlər