Müdafiə qurumları rəhbərlərinin görüşü

post-img

İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri, Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari və­ziyyəti və gələcəkdə bu istiqamətdə gö­rüləcək işlərin daha da inkişaf etdirilmə­si barədə müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

“Xalq qəzeti”

Son xəbərlər