Qarabağ və Şərqi Zəngəzurda “ağıllı” aqrar şəbəkə genişlənir

post-img

Ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları tərəfindən təcrübə xarakterli, özəl şirkətlər tərəfindən isə kommersiya məqsədi ilə “ağıllı istixana” və “ağıllı bağ”lar qurulub, torpaq və su sensorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, aqrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq olunub.

Aqrar sahədə göstərilən dövlət xid­mətlərinin optimallaşdırılması, səmərəlili­yinin və şəffaflığının artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi ilə institusional islahatlar həya­ta keçirilib. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) tətbiq edilməsinə başlanılıb, artıq 2020-ci il­dən başlayaraq bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyaların al­ternativsiz olaraq EKTİS vasitəsilə veril­məsi təmin edilib.

Aqrar sığorta sahəsində kompleks islahatlar aparılıb, yeni qanunvericilik ba­zası və dövlət-özəl tərəfdaşlığı mexaniz­minə əsaslanan idarəetmə sistemi yara­dılıb. Yeni aqrar sığorta mexanizmi artıq 2020-ci ildən etibarən həm bitkiçilik, həm də heyvandarlıqda tətbiq edilir. Hazırda aqrar sığorta sisteminin tətbiqinin geniş­ləndirilməsi istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir və aqrar sığorta göstəriciləri hər il yüksəlir.

Kənd təsərrüfatı məhsulları istehsal­çılarının dövlət qayğısı ilə əhatə olunma­sı bütün əsas istiqamətlərdə irəliləyişlərə yol açıb. Son 10 il ərzində ölkədə real ifadədə kənd təsərrüfatı məhsulları is­tehsalı 46,8 faiz (o cümlədən bitkiçilik məhsulları istehsalı 53 faiz, heyvandar­lıq məhsulları istehsalı 42,5 faiz) artıb. Bu dövr ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac həcmi təqribən 26,9 faiz artıb ki, bu da xüsusilə ilkin kənd təsərrüfatı məhsullarının ixrac həcminin bir neçə dəfə çoxalması hesabına olub.

Əsas ərzaq məhsulları üzrə yerli is­tehsal potensialının gücləndirilməsi he­sabına özünütəminetmə səviyyəsi əksər məhsullar üzrə yaxşılaşıb. Hazırda özü­nütəminetmə səviyyəsi meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə 100 faiz, ət və süd məhsulları üzrə ümumən 85-86 faiz, kartof üzrə təqribən 90 faiz, buğda üzrə təqribən 60 faiz təşkil edir.

Təbii resursların məhdudluğu səbə­bindən yerli fermerlər tərəfindən zəruri həcmdə və ya keyfiyyətdə, həmçinin sərfəli qiymət şərtlərinə uyğun səviyyə­də istehsal oluna bilməyən ərzaq məh­sullarının daha əlverişli şərtlərlə idxal olunaraq ehtiyatlarının yaradılması və emal olunması üçün müvafiq saxlama in­frastrukturu və istehsal bazası yaradılıb. Belə ki, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun təkmilləşdirilməsi məqsədilə son illər ərzində dövlət dəstəyi hesabına regionlarda 400 min ton tutumu olan soyuducu anbarların, 1,9 milyon ton tutumu olan müasir taxıl elevatorlarının və digər logistika obyektləri qurulub. Bu istiqamətdə görülən işlərin sayəsində torpaq resurslarının məhdudluğu və tə­bii-iqlim şərtlərinin əlverişli olmaması sə­bəbindən yerli fermerlər tərəfindən zəruri həcmdə istehsal oluna bilməyən buğda, şəkər və bitki yağları xammalı, yem xam­malı və s. məhsullar daha əlverişli şərt­lərlə idxal olunaraq ehtiyatlar yaradılır, emal olunur və hətta ixrac edilir.

Azərbaycanda ərzaq təhlükəsizliyini gerçəkləşdirən, ixrac potensialının daha da güclənməsinə, habelə kənd yerlərin­də əhalinin rifahının daha da yüksəlmə­sinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prioritet istiqamətlərdən biridir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkəmizdə uğurla həyata keçi­rilən davamlı inkişaf strategiyasına uyğun olaraq aqrar sektorun inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurulur, bu sahənin potensialının reallaşdırılma­sına yönəldilən resursların həcmi artırılır.

Son illər ərzində kənd təsərrüfatı məhsulları istehsalında dinamik artım müşahidə olunur, bitkiçiliyin canlanması üçün intensiv və ekstensiv amillərə xüsu­si diqqət yetirilir, heyvandarlıq sahəsinin tərəqqisi isə tədrici intensiv metodlara əsaslanılır. Bir sözlə, aqrar sektorun potensialının gücləndirilməsi müxtəlif is­tiqamətlər üzrə reallaşdırılan genişmiq­yaslı tədbirlərlə həllini tapır. 

Respublikada meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmil­ləşdirilməsi üçün dövlət büdcəsi vəsait­ləri hesabına son 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələr­də müvafiq dövlət dəstəyi hesabına tət­biq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox yüksəlib.

Bütün bu tədbirlərin nəticəsidir ki, son dövrlər qlobal ərzaq bazarında yaşanan böhranın daha da dərinləşməsinə bax­mayaraq, Azərbaycanın idxaldan asılı olduğu məhsullar üzrə təminatında heç bir problem nəzərə çarpmır. Bununla ya­naşı, ərzaq qiymətlərində baş verən ba­halaşmanın mənfi təsirlərinin qismən də olsa kompensasiyası məqsədilə ölkəyə idxal olunan bir sıra ərzaq məhsullarının və xammalların gömrük rüsumlarından və ƏDV-dən azad olunması ilə bağlı əhə­miyyətli qərarlar qəbul edilir.

Dövlət Statistika Komitəsinin hesaba­tına əsasən, cari ilin yanvar-iyun ayların­da işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9697 ton ət, 72091 ton süd istehsal olunub.

Hesabata görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6 faiz və ya 551 ton, süd istehsalı isə 5,2 faiz və ya 3 min 582 ton artıb.

Qeyd edək ki, ən çox ət və süd Ağ­damda istehsal edilib. Belə ki, hesabat dövründə rayonda 2 min 549 ton ət, 22 min 458 ton isə süd istehsal olunub.

 

V.BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat