Aqroparklara dövlət dəstəyi gücləndirilir

post-img

Torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün aqroparklar innovativ və əlverişli mexanizmdir. Aqroparklar həm də hər bir bölgənin infrastrukturuna yeni töhfələr verir, məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır. 

Aqroparkların yaradılması bir daha sübut edir ki, Prezi­dent İlham Əliyevin rəhbər­liyi ilə aqrar sahənin inkişafı istiqamətində görülən işlər, dövlətimizin başçısının bu sahənin təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün qəbul etdiyi qərarlar ölkəmi­zin hərtərəfli inkişafına yeni stimul verir. Bu baxımdan, Tərtərdə fermerlərin öz şəxsi vəsaiti hesabına yaratdıqla­rı “Tərtər Aqropark” MMC-nin fəaliyyəti təqdirəlayiqdir. Tərtər rayonunda yaradılmış aqropark uzun illər formalaş­dırılmış fərdi təsərrüfat ak­tivlərinin kapital qoyuluşuna yönəldılməsi ilə formalaşdırı­lıb. 

Şirkətin nizamnamə ka­pitalı 770 min manatdır. Ha­zırda balans aktivləri 500 baş iribuynuzlu cins damaz­lıq heyvanlardan və ferma kompleksindən ibarətdir. Bu­rada ən yüksək şərait yaradı­lıb, mal-qaraya vaxtlı-vaxtın­da yem verilir, qulluq olunur. Aqroparkda südlük-ətlik is­tiqamətli heyvanlar saxlanıl­dığından müəssisə ildə 1200 ton süd və 20 ton ət istehsal etmək imkanına sahibdir. 

Heyvanların yemə olan tələbatı da əsasən daxili im­kanlar hesabına ödənilir. Aqroparka məxsus sahələrdə buğda, arpa, qarğıdalı, yonca və çovdar əkilməsi üçün fer­merlərin adında olan torpaq sahələri və kənd təsərrüfatı texnika və avadanlıqları qiy­mətləndirilərək əlavə kapital qoyuluşu çərçivəsində Aqro­parkın balansına verilib.

Bundan başqa, “Tərtər Aqropark” MMC-yə güzəştli kreditlərin, vergi güzəştləri­nin, subsidiyaların verilmə­si, aqrolizinq xidmətlərinin göstərilməsi istiqamətində­də mühüm addımlar atılır. Məsələn, bu günlərdə Sahib­karlığın İnkişafı Fondu “Tərtər Aqropark” MMC-nin südlük istiqamətli heyvandarlığın inkişafı layihəsinə 200 min manat güzəştli kredit veril­məsini təmin edib. Bu kredit stabil keyfiyyətli süd istehsa­lını təmin edəcək və rayonun süd məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayacaq.

Bu gün “Tərtər Aqropark” MMC əhalinin keyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasında, kənd təsərrüfa­tı məhsullarının istehsalı üzrə yüksək məhsuldarlığın əldə edilməsində və regionda yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəm­lənməsinə, idxaldan asılılı­ğın azaldılmasına mühüm töhfələr verir. 

P. ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

İqtisadiyyat