Naxçıvan hava limanında oğurluq edənlər saxlanılıblar

post-img

Naxçıvan Hava Nəqliyyatında Polis  Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində  qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn  Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə