Aİ müdafiə nazirləri Danimarkada qeyri-rəsmi görüş keçirəcəklər

post-img

Avqustun 28-29-da Danimarkanın paytaxtı Kopenhagendə Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Bu barədə Litvanın Müdafiə Nazirliyinə istinadən “İnterfaks.ru” məlumat yayıb. 

“Əsas diqqət Ukraynaya hərbi dəstəyin artırılmasına və Avropanın müdafiə sənayesi ilə Ukrayna arasında əməkdaşlığa yönəldiləcək, - bəyanatda deyilir. -  Görüşdə dövlətlərin müdafiə qabiliyyətinin artırılması və Aİ-nin müdafiə təşəbbüslərinin həyata keçirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Müdafiə nazirləri həm də Aİ-nin hərbi missiyalarını müzakirə edəcəklər”.

Sessiyaya NATO-nun baş katibi Mark Rutte və Ukraynanın müdafiə naziri Denis Şmıqal qatılacaqlar.

P.ƏMİRCANOV
XQ

Dünya