Şuşada Azərbaycan – Özbəkistan əməkdaşlıq müzakirələri

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşüb.

Tərəflər iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə güc­ləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparıblar.

Azərbaycan Respublika­sı ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında iqtisadiyyat na­ziri, hökumətlərarası komissiya­nın həmsədri Mikayıl Cabbarov tədbirin Şuşada təşkil olunmuş ilk hökumətlərarası komissiya iclası olduğunu vurğulayıb. İq­tisadiyyat naziri xalqlarımızı və ölkələrimizi dostluq münasibət­ləri, ortaq tarix, kök, ənənələr və mədəniyyətin birləşdirdiyini qeyd edib, əlaqələrin genişləndirilməsi məqsədilə reallaşdırılan tədbir­lərin önəmini diqqətə çatdırıb. İclasda Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik mək­təb binasının tikildiyi vurğulanıb, Qarabağın bərpasında iştirak etdiyinə görə qardaş ölkəyə min­nətdarlıq ifadə olunub.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov bildirib ki, onun ölkəsi işğaldan azad edilmiş əraziləri­mizdə aparılan bərpa-qurucu­luq işlərinə töhfə verməyə daim hazırdır. Ləziz Kudratov ölkələ­rimiz arasında müxtəlif sahələr­də uğurlu tərəfdaşlıq əlaqələrini vurğulayıb, yeni əməkdaşlıq is­tiqamətləri, işgüzar münasibət­lərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasın sonunda Hökumətlə­rarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respubli­kası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Azərbay­canın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azər­baycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqın­da saziş, həmçinin energetika sahəsində əməkdaşlığın geniş­ləndirilməsinə dair sənədlər də imzalanıb.

“Xalq qəzeti”

Son xəbərlər