2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı

post-img

Dünən Nazirlər Kabinetində Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı keçirilib. 

Aparatın rəhbəri Rüfət Məm­mədov Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərənca­mı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” barədə söz açıb. Bildirib ki, strategiyada müəyyən edilmiş 5 prioritet üzrə genişmiq­yaslı tədbirlərin görülməsi nəzər­də tutulur. 

Sonra aparat rəhbəri Azər­baycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə qəbul olunan işğaldan azad edil­miş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə gö­rülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Qeyd edib ki, sərəncamda Döv­lət Proqramında nəzərdə tutul­muş tədbirlərin icrasının monito­rinqinin və qiymətləndirilməsinin Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təh­lili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçiril­məsi qeyd olunub. 

Diqqətə çatdırılıb ki, bu stra­tegiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin 2 sərəncamı olub. Proqram çər­çivəsində işlərin gedişinə nə­zarətin səmərəli təmin olunması məqsədilə İİTKM-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”­nın formalaşdırılması tapşırılıb. Monitorinq, qiymətləndirmə və nəzarət xüsusi yaradılmış por­tal üzərindən həyata keçiriləcək, görülən bütün işlərlə bağlı məlu­matlar portalda yerləşdiriləcək. Verilən məlumatlar əsasında qiymətləndirmələr aparılacaq, görülən işlərin gedişatı müzakirə ediləcək. Eyni zamanda, Stra­tegiyanın həyata keçirilməsi ilə bağlı görülən işlərin nəticələrinə dair dövlətimizin başçısına hesa­bat təqdim olunacaq. 

Sonra İİTKM-in icraçı di­rektoru Vüsal Qasımlı azerbai­jan2030.gov.az portalı haqqında məlumat verib. Bildirib ki, 2030-cu ilə kimi müəyyən olunan 5 Milli Prioritet üzrə qoyulan hə­dəflərə çatmaq məqsədilə stra­tegiyada 2022–2026-cı illər üçün 10 məqsəd müəyyənləşdirilib. Bu məqsədlərə çatmaq üçün 20 əsas hədəf indikatoru təyin edilib. Strategiyanın təsirinin qiy­mətləndirilməsi metodologiyası “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymət­ləndirilməsi Qaydası”na uyğun olaraq, 2025-ci ildə 2022–2024-cü illər üzrə görülmüş işlərin, 2027-ci ildə 2022–2026-cı illərdə görülmüş işlərin təsirini qiymət­ləndirmək üçün aparılacaq. 

Qiymətləndirmənin aparıl­masında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq effek­tivlik, uyğunluq, səmərəlilik, da­vamlılıq və təsir kriteriyaları əsas götürülməklə qiymətləndirmə su­alları tərtib olunacaq. 

“Xalq qəzeti”

Son xəbərlər