Azərbaycan QHT-lərinin BMT-yə müraciəti

post-img

Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıb. Ölkənin 29 QHT rəhbərinin BMT Baş katibinə və əksər qurumlarına, Ümumdünya və Avropa ekoloji təşkilatlarına ünvanladığı müraciətdə bildirilir:

– Azərbaycan Respublika­sında fəaliyyət göstərən vətən­daş cəmiyyəti təşkilatları olaraq Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə mü­raciət edirik ki, Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticə­sində yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilsin (sübutlar və əsaslandırılmış faktlar əlavə olunur). Ermənistanın Azərbay­canla sərhəd bölgəsində da­vam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermə­nistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyə­tinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir.

Sənəddə daha sonra deyi­lir ki, Ermənistanın dağ-mə­dən sənayesində qeyri-şəf­faf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inki­şaf üçün yaranmış təhlükə in­sanlara və ətraf mühitə zərər verir: “Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıla­rı, demək olar ki, bütün transsər­həd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturları­na təsir göstərir. Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchi­zatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəti­cələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənis­tan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər”.

Ermənistanın Azərbay­cana qarşı düşmənçilik si­yasətini ekoloji sferada da davam etdirdiyini sübuta yetirən sənəddə bu ölkənin beynəlxalq və Avropa eko­loji konvensiyalarına məhəl qoymadığı vurğulanır: “Ermə­nistanın Konvensiyasının, “Su və sağlamlıq haqqında” proto­kolunun, o cümlədən BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların trans­sərhəd daşınmasına və utili­zasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzun­müddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensi­yanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətlən­dirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyasının) tələb­lərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur”.

Müraciət aşağıdakı çağırış­la bitir: “Biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq, regional qurumlar ekoloji prob­lemlərin həllində mühüm rol oynayır və Ermənistanın yarat­dığı ekoloji problemlərin həllin­də dəstək göstərə bilərlər. Biz Ermənistandakı sənaye müəs­sisələrinin fəaliyyətini izləməklə bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekolo­ji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan bey­nəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xa­hiş edirik”.

“Xalq qəzeti”

Siyasət