Ərəb mediası Formula 1 üzrə Azərbaycan Qran-Prisindən yazıb

post-img

Ərəb ölkələrinin “Əş-Şarq əl-Avsət”, “əl-Arabiyyə”, “əl-Əhram”, “əş-Şuruq”, “əl-Nəhar”, “Masravi”, “əl-Mədinə” və digər mötəbər media orqanları Formula 1 üzrə Azərbaycan Qran-Prisindən yazıb.

AZƏRTAC xəbər verir ki, xüsusilə “Red Bull” komandasının üzvü, niderlandlı sürücü Maks Verstappenin qələbəsi medianın diqqət mərkəzində olub.

Eyni zamanda, yazılarda oyunlarda başverən qəzalar, lider olmaq üçün aparılan gərgin mübarizə, eləcə də komandaların strategiyası haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

İdman