Prokurorluq: DSX-nin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi açılıb

post-img

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xidmə­tindən bildirilib ki, daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğu­nun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorlu­ğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həd­dinə çatdırma) maddəsi ilə cinayət işi baş­lanılaraq şahidlər dindirilib, müvafiq eks­pertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qa­nunvericiliyin tələblərinə uyğun olaraq bü­tün tədbirlərin görülməsi təmin olunacaq.

“Xalq qəzeti”

Son xəbərlər