İslam İnkişaf Bankı azad edilmiş ərazilərin reinteqrasiyasına töhfə verməyə hazırdır

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Məhəmməd Abdelvahab ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın İs­lam İnkişaf Bankı Qrupu ilə münasibətlə­rin inkişafında maraqlı olduğunu, Bankın ölkəmizdə iqtisadi inkişaf, o cümlədən özəl sektorun fəaliyyətinin genişlənməsi istiqamətində göstərdiyi dəstəyin yük­sək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, İslam İnkişaf Bankı Qrupunun Azərbaycan iqtisadiyyatının inkişaf pri­oritetlərini dəstəkləmək üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsini hazırlamaq təşəbbüsü də bu baxımdan xüsusi qeyd olunmalıdır. Həmin sənəddə ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prio­ritetlərinə müvafiq olaraq, bərpa olunan enerji, işğaldan azad edilmiş ərazilərimi­zin yenidən qurulması, həmçinin rəqəm­sal transformasiya və digər istiqamətlər­də dəstək nəzərdə tutulur. 

Valid Məhəmməd Abdelvahab Azər­baycana səfərindən məmnunluğunu ifa­də edib, Bankın Azərbaycanın sosial-iqti­sadi inkişafına, o cümlədən azad edilmiş ərazilərimizin reinteqrasiyasına töhfə verməyə hazır olduğunu vurğulayıb, tərəfdaşlığın inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər ölkəmizin sosial-iqtisadi inki­şaf hədəfləri, prioritet sahələr, o cümlədən, azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələr üzrə əməkdaşlığın gücləndiril­məsi barədə müzakirə aparıblar.

“Xalq qəzeti”

Son xəbərlər