İsraildəki səfirimiz diaspor üzvləri ilə görüşüb

post-img

Azərbaycan Respublikasının İsrail dövlətindəki səfiri Muxtar Məmmədov İsrailin Akko şəhərindəki “Azərbaycan evi”ndə bu ölkədə yaşayan diaspor üzvləri ilə görüşüb.

Səfir əvvəlcə qədim “Atika” qalasın­da Akko şəhərinin meri Şimon Lankri ilə görüşüb, ölkələrimiz arasında dostluq və sıx əməkdaşlıq ələqələrini inkişaf etydir­mək yolları barədə söhbət edib. Görüşdə meriya nümayəndələri ilə birgə mərhum həmyerlimiz Arye Qutun oglu Aviel Qut və bacısı da iştirak ediblər.

“Azərbaycan evi”ndə Azərbaycan diasporunun üzvləri ilə keçirilən görüş­də Yerusəlimdən yazıçı Sara Raxmani, Rişon le Sion şəhərindən yazıçı Frida Yusufova, yazıçı Miryam Xeyli, Akko şəhərindən yazıçı və tərçüməci Şoşana Abramova və başga tanınmış ziyalılar da iştirak edibər. Or Akiva şəhərindən Ümu­mi İsrail Dağ Yəhudilərinin sədri Pavel Elizarov, Dağ Yahudilərinin baş ravvini Yaniv Naftali, İsraildə Qafqaz Yəhudiləri­nin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmaelov, eləcə də Təl Əviv, Natan­ya, Kiryat Yam, Kiryat Bialik şəhərlərin­dən diaspor nümayəndələrinin qatıldığı görüşdə Azərbaycan xalqının və Prezidet İlham Əliyevin ünvanına dua səsləndi, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi arzulanıb.

Çıxış edənlər qeyd ediblər ki, Azər­baycan və İsrail arasındakı dostluq və qardaşlıq münasibətlərininin, ictimai‚ siyasi‚ iqtisadi‚ hərbi və mədəni sahələ­ri əhatə edən əlaqələrin daha da möh­kəmləndirilməsi üçün ölkəmi təmsil edən diaspor fəalları ilə İsrail ziyalıarı və din xadimləri əlbir səyləri bundan sonra da davam etdirəcələr.

“Xalq qəzeti”

Siyasət