Millət vəkili iqtisadi siyasəti tənqid edib

post-img

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Əhmədi Biğəş hakimiyyətin iqtisadi siyasətini tənqid edərək yüksək rütbəli məmurları vətəndaşları aldatmaqda ittiham edib. O, bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

Millət vəkili İranın Proqram və Büdcə Təşkilatının rəhbəri Məsud Mir­kaziminin inflyasiyanı nəzarətə ala bilə­cəkləri ilə bağlı çıxışını əsassız iddia adlandırıb: “Müəllimlərin bir aylıq əmək haqlarını ödəməyə gücü çatmayanlar böyük iddialar edirlər”.

Qeyd edək ki, son vaxtlar müəllimlər və təhsil işçiləri əmək haqlarının ödənil­mədiyi üçün İranın onlarca şəhərində etiraz aksiyaları keçiriblər.

Hüseyn RƏHİMZADƏ

Son xəbərlər