Qıtlıq, bahalıq davam edir

post-img

Son vaxtlar İran mediası ölkənin bir çox əyalətlərində bəzi ərzaq malları kimi, toyuq qıtlığından da söz açaraq satış qiymətinin kiloqramını camaata elan edib: 80–85 min tümən. Rəsmi qiymət belədir, amma əhali zarafatla bildirir ki, tapsan, o qiymətə alarsan.

“Didban” İran saytının xəbərinə görə, bazarda toyuq ətinin tədarükü çox məhduddur və dükançılar təsdiq olunmuş qiymətə toyuq alıb sata bilmədik­lərinə görə bu işə giriş­məkdən çəkinirlər. Tehran Quşçuluq və Balıq Satıcı­ları Birliyinin rəisi Mehdi Yusufxani toyuq ətinin ba­halaşması və dükanlarda tapılmamasına cavab ola­raq “Didban”a deyib: 

– Toyuğun kilosu 63 min tüməndir və ondan yuxarı satışlar qiymət pozun­tusudur. Toyuqçuların təsdiq edilmiş 44 min tümən diri toyuğun qiymətinə əməl edə bilmirlər. Bu qiymət faktiki yüksək olduğundan həmkarlar ittifaq­ları cərimə olunmamaq üçün təsdiq edilmiş qiymətə riayət edərək fermer­lərdən baha qiymətə toyuq almırlar.

“Eqtesad” onlayn saytı da ölkənin bir çox əyalətlərində toyuq tədarükü çatışmazlığından xəbər verib və bu məhsulun kilosunun 85 min tümənə çatdığını yazır.

İranın Ət Quşçuluq Birliyinin baş məsləhətçisi Məhəmməd Əli Kamali Sərvestani toyuq tədarükünün olma­masını ötən ilin sonunda broyler toyuq bölmələrində istehsalının azalması ilə əlaqələndirib. Bu azalmanın səbəbi barədə Sarostani bildirib ki, 2022-ci ilin ikinci 6 ayında fermerlər hər kiloqram toyuq istehsalında 8 min tüməndən 15 min tümənə qədər itki veriblər.

İqtisadi fəalın sözlərinə görə, ilin ikinci 6 ayında quşçuların itkisinə sə­bəb istehsal materiallarının qiymətinin artması ilə yanaşı, istehlak bazarının aşağı olması və istehsal xərclərinin alış qiymətinə uyğun gəlməməsi sə­bəb olub.

R. GƏNCƏLİ

Son xəbərlər