Evlərin kirayə haqqı artır

post-img

İranın "Donyaye Eqtesad" qəzeti ölkənin kirayə bazarındakı son 3 ayın vəzliyyətini təhlil edib. Bu durum heç də ürəkaçan deyil. Yəni, ölkənin indiki vəziyyətinə uyğundur. 

Qəzet gileylənir ki, hökumət artıq adekvat sosial kapitala malik deyil və xaotik mənzil bazarına nəzarət etmək imkanını itirib. Doğrudur, onun sosial kapitala malik olduğu göstərilir, mən­zil bazarındakı xaotik vəziyyətdən də söhbət açılır. Amma nə etməli sualına cavab verilmir. 

Məlumatda, sadəcə olaraq, vətən­daşların maddi durumunun pisləşdiyi üçün yeni tikilən mənzillər almadıqları və kirayə evlərdə qalmağa məcbur ol­duqları göstərilir. "Cam Cəm" qəzeti də dövlətin böhranlı mənzil bazarında hökm sürən inflyasiyaya nəzarət im­kanını itirdiyini, bu səbəbdən kirayə haqlarının fantastik səviyyədə artdığını yazıb.

T.TURAN

Son xəbərlər