Suriyada Türkiyə kəşfiyyatının xüsusi əməliyyatı zamanı İŞİD qruplaşmasının lideri Əbu Hüseyn əl-Qureyşi öldürülüb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Turk telekanalının efirində deyib. Onun sözlərinə görə, Türkiyə terrorçular arasında fərq qoymadan belə təşkilatlara qarşı mübarizəni davam etdirəcək.
Xatırladaq ki, İŞİD qruplaşmasının öncəki lideri Əbu Həsən əl-Haşimi əl-Qureyşi 2022-ci il noyabrın 30-da Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu tərəfindən öldürülmüşdü. Bəzi məlumatlara görə, Əbu Həsən əl-Haşimi əl-Qureyşi 2019-cu ildə qruplaşmanın Suriyada öldürülən liderlərindən biri olan Əbu Bəkr əl-Bağdadinin qardaşıdır.
“Xalq qəzeti”


                                