Türkiyənin HÜRJET təlim təyyarəsinin prototipi aprelin 25-də ilk uçuşunu uğurla həyata keçirib. Təyyarə bir müddət havada qaldıqdan sonra yerə eniş edib.
HÜRJET-in ilk uçuşunu Türkiyə Silahlı Qüvvələrinin istifadəsində yer alan F-16 döyüş təyyarəsi müşayiət edib. Türkiyə aviasiya tarixində ilk dəfə olaraq unikal imkanlarla dizayn edilmiş hərbi təyyarənin 2025-ci ilə qədər bu ölkənin Hərbi Hava Qüvvələrinin inventarına daxil olacağı gözlənilir. HURJET Türkiyənin ilk reaktiv mühərrikli hərbi təyyarəsidir.
TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan reaktiv mühərrikli HÜRJET təlim təyyarəsi ilk dəfə anqardan ötən ilin dekabrında çıxarılıb. Həmin vaxt təyyarə evakuatoru vasitəsi ilə anqardan çıxarılan birinci prototip eniş dəstləriylə təchiz edilsə də, mühərriki üzərinə inteqrasiya olunmamışdı.
R.ABİŞOV, “Xalq qəzeti”