Bu gün hava necə olacaq?

post-img

Aprelin 27-də

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutula­cağı, əsasən yağmursuz keçəcəyi gözləni­lir. Mülayim cənub küləyi əsəcək. Gecə 11-15°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 8-13°, gündüz 21-26° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq külə­yi əsəcək. Gecə 4-9°, gündüz 11-15°, bəzi yerlərdə 16-19° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonların­da əsasən yağmursuz keçəcək. Lakin gün­düz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-9°, gündüz 11-15°, bəzi yerlərdə 17-20° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən gecə və ax­şam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yer­lərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 9-14°, gündüz 21-26° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçe­vir, Şamaxı,Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı göz­lənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsə­cək. Gecə 8-13°, gündüz 19-24°, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdə­mir, İmişli, Ağcabədi, Beyləqan, Sabira­bad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqa­bul, Zərdab, Salyan, Neftçala rayonların­da əsasən yağmursuz keçəcək. Bəzi yer­lərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 11-16°, gündüz 23-28° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 10-13°, gündüz 16-20° isti olacaq. 

 

Ekologiya