Akademik Zərifə xanım Əliyeva Naxçıvanda anıldı

post-img

Dünən Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib.

Muxtar Respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, ölkənin hər ye­rində olduğu kimi Naxçıvanda da Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı sil­silə tədbirlər həyata keçirilir, görkəmli alimin ömür yoluna və çoxşaxəli fəaliy­yətinə ətraflı nəzər salınır. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Prob­lemləri üzrə Dövlət Komitəsinin təşkilat­çılığı ilə Naxçıvan şəhərində keçirilən “Elmdə qadınlar” konfransı da yubiley tədbirləri silsiləsində mühüm əhəmiyyət kəsb edir.

Konfransın təşkilatçılarına minnət­darlığını bildirən səlahiyyətli nümayən­də qeyd edib ki, mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insan­lar var ki, onların ömür yolu gələcək nə­sillərin həyatına işıq saçır. Zərifə xanım Əliyeva da məhz belə seçilmiş insanlar­dan olub. Bu parlaq vergi sahibi yüksək mədəniyyət, daxili zənginlik simvoludur. Onun Azərbaycanda oftalmologiya el­minin inkişafında xidmətləri göz önün­dədir. Görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli ye­tişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Apardığı elmi tə­dqiqatların sosial əhəmiyyəti, özünün ictimai fəallığı, pedaqoji istedadı, çoxil­lik elmi-tədqiqat işlərində böyük xidmət­ləri layiqincə qiymətləndirilərək 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının akademiki se­çilib. Oftalmoloq-alim xidmətlərinə görə orden və medallarla təltif olunub, Azər­baycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Zərifə xanımın fit­ri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin və mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və ölkə üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyə­ti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb, bun­dan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologi­yanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, ya­ratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. 

Bildirilib ki, ülvi keyfiyyətlərə ma­lik olan akademik Zərifə xanım Əliye­va öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. Onun bu mövzuya dair baxışları “Həkimin yüksək vəzifəsi” və “Oftalmo­logiyanın aktual problemləri” monoqra­fiyalarında ətraflı işıqlandırılıb. Zərifə Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tər­biyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkil­də əks olunub. Alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qayda­larını tərtib edib, müalicə həkiminin di­aqnostika və müalicə prosesində aparı­cı rolunu göstərib, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsi­nin vacibliyini ön plana çəkib. 

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova kon­fransın keçirilməsinə şərait yaradıldığı üçün minnətdarlıq edib, tədbirin muxtar respublikada keçirilməsinə böyük əhə­miyyət verildiyini qeyd edərək bildirib ki, Zərifə xanım Əliyeva o şəxsiyyətlərdən­dir ki, bu dünyaya gəlişinin və missiya­sının məqsədini çox gözəl bilirdi. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq məsuliyyətli şəxs hər zaman təmsil etdiyi xalqın, üzvü olduğu cəmiy­yətin, vətəndaşı olduğu dövlətin prob­lemlərini, onun yaşantılarını öz daxi­lindən keçirir və özünün həyata baxışı da bu konteksdə formalaşır və onun fəaliyyəti mütləq şəkildə özünün fərdi çərçivələrini aşaraq xalqın, dövlətin və millətin maraqlarına uyğunlaşır. Məhz dövlətləri, xalqları, millətləri dünyada tanıdan da belə şəxsiyyətlərdir. Biz çox xoşbəxt xalqıq ki, bir ailənin 3 üzvündə belə dəyərlər mövcuddur. Zərifə xanım Əliyeva hər şeydən əvvəl Azərbaycan dövlətinə, xalqına xidmət edən gözəl bir nəslin nümayəndəsidir. 

Daha sonra Naxçıvan Muxtar Res­publikası Ailə, Qadın və Uşaq Prob­lemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Azərbaycan Respub­likası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, akademik Zərifə Əliyeva adına Naxçı­van Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova və başqaları aka­demik Zərifə xanım Əliyevanın Azər­baycanda oftalmologiya elminin inki­şafındakı xidmətlərindən, bu sahədəki tədqiqatlarından, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş, ölkəmizin sürətli inkişafını tə­min edən, zəfərlərdən-zəfərlərə aparan oğul yetişdirən ana olmasından danışı­lıb. 

Sonra “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliye­va” mövzusunda keçirilən esse müsa­biqəsi qaliblərinin və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üzrə yük­sək təhsil göstəricisi olan tələbələrin mükafatlandırılması mərasimi olub.

Konfrans bədii hissə ilə davam edib.

Son xəbərlər