Pakistanda ümummilli liderin 100 illiyinə 100 ağac

post-img

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhəri icra hakimiyyəti ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paytaxt parkında ağacəkmə aksiyası keçirib. 

Tədbirdə Pakistanın dövlətlər və sər­həd regionları üzrə federal naziri Məhəm­məd Talha Mahmud, şəhər icra hakimiy­yətinin başçısı Nur Ul Amin Menqal, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayən­dələri və Azərbaycanın Pakistandakı sə­firliyinin kollektivi iştirak ediblər.

Səfir Xəzər Fərhadov müasir Azər­baycan Respublikasının banisi Heydər Əliyevin zəngin həyat yolu, böyük siyasi iradəsi və Azərbaycanın müstəqilliyi və in­kişafı naminə gördüyü böyük işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdı­rıb.

Aksiyada ümummilli liderin 100 illik yubileyi münasibətilə 100 ağac əkilib.

 

Qulu KƏNGƏRLİ

İslamabad

Son xəbərlər