Ekoaksiyaçılar: qaçaqmalçılıq yolverilməzdir

post-img

Azərbaycanlı könüllü gənclər və ekofəalların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 128 gündür davam edir. Tədbir iştirakçılarının tələbi qarşı tərəfə, eləcə də bütün dünyaya yaxşı bəllidir: aksiyaçılar ölkəmizin faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edirlər. 

Ekofəalların digər bir tələ­bi isə “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin ke­çirilməsi üçün uyğun şəraitin yaradılmasıdır. Bu yataqların qeyri-leqal istismarı mövcud qanunlara ziddir və buna görə də yolverilməzdir. Bəli, reallıq budur ki, ekoaksiyaçıların tələbləri ədalətli və qanunidir. 

İrəli sürülən tələblər müstəqil Azərbaycanda for­malaşmış azad, sivil və de­mokratik vətəndaş cəmiyyəti­nin sosial və siyasi sifarişidir və beynəlxalq hüquqa əsas­lanır. Rusiya sülhməramlıları 10 noyabrda imzalanmış üç­tərəfli Bəyanata uyğun olaraq bu tələbləri yerinə yetirməyə borcludurlar. 

Lakin hələlik onlar bun­dan min bir bəhanə ilə imtina edirlər. Bəzi xarici qüvvələr də bölgədə vəziyyəti qarışdır­mağa çalışırlar. Ancaq unu­durlar ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisində qa­nunun pozulmasına heç bir halda imkan verməyəcək. 

Ərazidə məskunlaşan bəzi erməni təşkilatları La­çın-Xankəndi yolundakı küt­ləvi aksiyaların guya dinc əhaliyə qarşı təşkil olundu­ğunu iddia edirlər və hətta bu barədə yerli və qlobal media­da saxta, qərəzli məlumatlar yerləşdirməyə cəhd edirlər. Onların əsassız iddialarına indi çox az adam inanır. Hər kəs yaxşı bilir ki, aksiya işti­rakçıları qanunazidd heç bir hərəkətə yol vermir, üstəlik bəşəri, humanist prinsiplər­dən çıxış edərək humanitar məqsədlərlə hərəkət edən nəqliyyat vasitələrinə maneə­çilik törətmirlər. Bunu aprelin 18-də gün ərzində yoldan ötən maşınların sayı da bir daha təsdiq edir. Dünən gecə saat 22.00 radələrinə qədər hər iki istiqamətdə 77 avto­mobil və yük maşını keçib. 

İki gün qabaq könüllü ola­raq ekofəalların sıralarında olmuş həmkarım, “Xocalının səsi” qəzetinin baş redakto­ru Qalib Bəyməmmədoğlu bizimlə telefon söhbətində dedi ki, tədbir iştirakçıları ilk günlərdə olduğu kimi, hələ də yüksək fəallıq nümayiş etdi­rirlər. Onlar qəti surətdə tələb edirlər ki, doğma Qarabağın bütün guşələrində Azərbay­can dövlətinin qanunlarına zidd əməllərə yol verilməsin. Azərbaycanın təbii sərvətləri xalqımıza məxsusdur. 

Qalib müəllim sonra bunları bildirdi: 

– Mən artıq bir neçə dəfə könüllü olaraq kütləvi aksiya­ların iştirakçısı olmuşam. Bu­rada çox təsirli hadisələrin şa­hidi olmuşam. Lakin hər dəfə ən çox sübh tezdən Azərbay­canın Dövlət Himni səsləndi­riləndə təsirlənmişəm. 

Yeri gəlmişkən, ekoak­siyaçılar dünən də öz yeni “iş günləri”nə Azərbaycan himninin möhtəşəm sədaları altında başlayıblar. Bu gözəl və ecazkar musiqi ürəkləri riqqətə gətirir, gənc və alov­lu qəlblərdə Vətən və torpaq sevgisini daha da gücləndirir. 

Aksiya iştirakçıları sonra ekoloji terrorun dayandırıl­ması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində plakat­lar qaldırıblar, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvə­tinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüar­lar səsləndiriblər.

Bəzi ermənipərəst qüv­vələrə xidmət edən informasi­ya saytlarının yazdığının tam əksinə olaraq, həmişəki kimi, ekoaksiyanın keçirildiyi əra­zidə humanitar məqsədlərlə istifadə olunan avtomobillərin sərbəst keçidi üçün heç bir maneə yoxdur.

M.HACIXANLI, “Xalq qəzeti”

Siyasət