Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası

post-img

Aprelin 18-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərliyi ilə Şuranın 14-cü iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, iclasda cari il martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərə­katının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş minatə­mizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İn­kişaf Məqsədi kimi BMT-nin 2030 Gündə­liyinə əlavə edilməsi təşəbbüsü ilə bağlı hazırlanmış layihə müzakirə olunub. 

İclasda çıxış edən Şuranın sədri Əli Əhmədov ötən dövrdə ölkəmizdə Da­yanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işlər barədə məlumat verib. Şura sədri Da­yanıqlı İnkişaf Məqsədləri və minatəmiz­ləmə fəaliyyəti arasında birbaşa əlaqənin mövcud olduğunu, mina təhlükəsi ilə mübarizənin BMT-nin 17 Dayanıqlı İn­kişaf Məqsədinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayısı ilə uzlaşdığını bil­dirib. Əli Əhmədov Azərbaycanın mina və digər partlayıcı sursatlardan ən çox çirklənmiş ölkələrdən biri olduğunu, ilkin tədqiqatlara əsasən, ölkəmizin ərazisi­nin 8235 kvadratkilometrdən çox hissə­sinin mina və digər partlayıcı sursatlarla çirkləndiyini diqqətə çatdırıb. Ölkəmizin üzləşdiyi bu problemdən bu gün dünya­nın 60-dan artıq ölkəsinin əziyyət çəkdi­yi nəzərə alınaraq, bu istiqamətdə həm yerli səviyyədə, həm də qlobal miqyasda təşviqat işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının Minatə­mizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğal­dan azad edilmiş ərazilərdə minatəmiz­ləmə üzrə həyata keçirilmiş fəaliyyətlər və qarşıdakı hədəflər barədə məlumat verib. Agentliyin rəhbəri bu istiqamətdə fəaliyyətin səmərəliliyinin təşkil olunması məqsədilə ANAMA-nın kadr və texnoloji potensialının dörd dəfədən çox artırıldı­ğını qeyd edib. 

Sonra İqtisadiyyat Nazirliyinin Daya­nıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Şuranın katibi Hüseyn Hüseynov tərəfindən Milliləşdirilmiş “Dayanıqlı İnki­şaf Məqsədləri”nə (DİM) əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM (minatəmiz­ləmə ilə bağlı fəaliyyətlər) layihəsinin təqdimatı” edilib. O, həmin tapşırığın ic­rası məqsədilə İqtisadiyyat Nazirliyi tərə­findən 5 hədəf və 14 göstəricidən ibarət milli 18-ci DİM layihəsinin hazırlandığını, habelə 2023-cü il üzrə DİM-lərin maa­rifləndirilməsi istiqamətində həyata ke­çiriləcək tədbirlər üzrə Fəaliyyət Planı­na Minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə ehtiva edən 18-ci Dayanıqlı İnki­şaf Məqsədinin milli və qlobal səviyyədə təşviqi ilə bağlı iki tədbirin daxil edildiyini bildirib. 

İclasın yekununda Milliləşdirilmiş Da­yanıqlı İnkişaf Məqsədlərinə əlavə edil­məsi nəzərdə tutulan 18-ci DİM layihəsi müzakirə edilib. Layihə üzrə müəyyən­ləşdirilmiş 14 göstəricinin metodologi­yasının hazırlanması və göstəricilərinin hesablanması, o cümlədən ölkədaxili və qlobal səviyyədə təşviqatın aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Son xəbərlər