Ermənistanda 44 günlük müharibədə həlak olanların qalıqları hələ də basdırılmayıb

post-img

44 günlük müharibədə həlak olan erməni hərbçilərinin hələ də dəfn olunmayan qalıqları var.

Caliber.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan məlumat verib.

O, bu mövzunun "çox həssas və ağrılı" olduğunu xatırladaraq, onlardan neçəsinin adını çəkməyib.

“Təəssüf ki, ölənlərin yaxınları DNT nəticələrini tanımır, onların müayinəsi danılmazdır: bir çox hallarda onlar xaricdə ikinci müayinədən keçiblər və nəticə eyni olub”, - deyə nazir bildirib.

Fevralda müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan bəyan etmişdi ki, 80-dən çox hərbçinin şəxsiyyəti müəyyən edilmiş qalıqlar respublikanın morqlarındadır. Onun sözlərinə görə, onlar Yerablur hərbi panteonunda, xüsusi ərazidə dəfn edilməlidir.

Son xəbərlər