İl ərzində Azərbaycanda strateji valyuta ehtiyatları artıb

post-img

2023-cü il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 62 milyard 570,6 milyon dollar təşkil edib.

APA-nın məlumatına görə, bu ilin birinci rübündə ölkənin strateji valyuta ehtiyatları 4 milyard 541,3 milyon dollar və ya 7,8% artıb.

Son bir ildə ölkənin strateji valyuta ehtiyatları 10 milyard 170,1 milyon dollar və ya 19,4% artıb.

İqtisadiyyat