Hayastanda qocalar evinin sakinləri də orduya çağırılır

post-img

“Azadlıq” radiosunun erməni xidmətinin Dığdan hazırladığı reportajda haylar hər gün kənddən azərbaycanlıları gördüklərini bildiriblər. 

Aprelin 11-də Hayastanın qəsdən törətdiyi təxribatı nəticəsində şərti sərhəddə baş verən silahlı toqquşma Dığ kəndinin erməni sakinləri arasın­da əməlli-başlı təşviş yaradıb. Dığlılar ərazini tərk edəcəkləri barədə daha ucadan danışmağa başlayıblar. Bu barədə “Azadlıq radiosu”nun erməni xidmətinin kənddən hazırladığı repor­tajda məlumat verilir.

Oxucularımıza xatırladaq ki, yeni Laçın yolu istifadəyə veriləndən sonra sərhədin Laçın istiqamətində mövqe dəyişikliyi aparılıb. Bunun nəticəsin­də Dığ sakinlərinin işğal illərində əkin və otlaq sahələri kimi istifadə etdikləri ərazilər ordumuzun tam nəzarətinə ke­çib. Hazırda şərti sərhəd zolağında nə­zarət-keçid postlarının qurulması işləri başa çatdırılıb. 

* * * 

Yaxın tarixə nəzər yetirərək və onu da bildirək ki, adı çəkilən ərazilər iş­ğal dövründə Ermənistan tətəfindən qanunsuz olaraq irəli çəkilən dövlət sərhədinə aiddir. İndi Azərbaycanın müvafiq qurumlarının əlimizdə olan mövcud xəritəyə uyğun şəkildə apardı­ğı dəqiqləşmə işlərinin nəticəsində Dığ kəndinin sakinləri otuz ildən artıq müd­dətdə istismar etdikləri əkin sahələrin­dən məhrum olublar. Yaranmış vəziy­yət Dığ erməniləri arasında kəndi tərk etmək istəyini artırıb, 11 aprel silahlı toqquşması isə onların bu istəyini daha da gücləndirib.

Dığ kəndində yaşayan ermənilər­dən biri “Azadlıq” radiosunun əmək­daşına bunları söyləyib: “Burada yaxşı heç nə yoxdur, vəziyyət getdikcə daha da pisləşir. Vəziyyət çox ciddidir”.

Radioda efirə verdiyi reportajında o, qeyd edir ki, Azərbaycan və Ermə­nistan bu ərazidə fəal şəkildə mühən­dis-istehkam işlərini həyata keçirirlər. Dığ kəndindən olan deputat Davit Da­nielyan bildirib ki, silahlı insident bir mövqe üzərində baş verib.

Kəndin başqa bir sakini Yura Qalst­yan isə hesab edir ki, Azərbaycan tez­liklə bütövlükdə Zəngəzura nəzarəti öz əlinə alacaq: “İndi mövqelərini möh­kəmləndirən azərbaycanlılar məqamı gələndə kəndi, daha sonra Zəngəzuru götürəcəklər. Hər gün kənddən azər­baycanlıları müşahidə edirik. Onların qarşısını alacaq gücümüz yoxdur”. 

* * * 

Radioreportajda daha sonra danışı­lır ki, Dığ kəndinin bəzi sakinləri silah­lanmaq üçün hökumətə müraciət edib­lər. Bu barədə “Azadlığın” müxbirinə ehtiyatda olan kapitan Andranik Manu­çaryan məlumat verir: “Yerli qubernato­ra, hökumətə, məsul şəxslərə müraciət etmişik ki, bizi silahlandırsınlar. Amma indiyə qədər səs-soraq yoxdur”. 

Bu arada Hayastan Müdafiə Nazir­liyi qocalar evinin sakinləri olan yaşlı kişiləri məcburi qaydada Azərbaycanla şərti sərhəddə hərbi xidmətə göndərir. Bununla bağlı “Bez Tormozov” Teleq­ram kanalı videogörüntü yayıb. 

“Azadlıq” radiosunun reportajı əlavə şərh tələb etməsə də, yalnız onu deməyi vacib sayırıq ki, Azərbaycan müharibə istəmir, Bakı hayları sülhə dəvət edir. Yox, əgər rəsmi İrəvan ba­şıpozuq revanşist daşnakların fitvası­na uyub, 3-cü Qarabağ müharibəsinə xeyir-duasını versə, onda elə Dığdan başlayıb Ermənistanın hər kəndində qəbirlərini qazmağa başlasınlar. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Son xəbərlər