COVID-19: 79 yoluxma

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə, ümumilikdə, 830 min 780 nəfərin koronavirus infeksiya­sına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 94 nəfər müalicə olunaraq sağalıb, 10 min 212 nəfər vəfat edib. Aktiv xəstə sayı 474 nəfər­dir.

Son sutkada yeni yoluxma halları­nın müəyyənləşdirilməsi ilə əlaqədar 1298, bu günə qədər isə ümumilikdə 7 milyon 575 min 517 test icra olunub. 

“Xalq qəzeti”

Son xəbərlər