“AzstateNet” zərərli keçidləri bloklayıb

post-img

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə cari ilin birinci rübündə gördüyü işlərlə bağlı statistik məlumatları açıqlayıb. 

XRİTDX-nin mətbuat xidmətindən bildiriblər ki, rüb ərzində “AzstateNet” dövlət şəbəkəsində 148 milyon 130 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları, 906 min 600 zərərverici virus mərkəzləşdirilmiş antivirus siste­mi vasitəsilə bloklanıb. Həmçinin, vi­rus tərkibli 29 min 700 sənədin xüsusi mühafizə sistemləri vasitəsilə aşkarla­naraq dövlət qurumlarına göndərilmə­sinin qarşısı alınıb. 

“Xalq qəzeti”

Son xəbərlər