Təbriz yenidən kükrədi

post-img

Təbrizdə milli şüarlar mərkəzinə çevrilmiş futbol meydançasının tamaşaçı tribunalarında bugünlərdə yenidən milli şüarlar səsləndi. “Səhənd” stadionunda minlərlə şəhər sakininin ucadan səsləndirdiyi “Azadlıq, Ədalər, Milli Hökumət!” şüarı ən uzaq məhəllələrədək yayılaraq ürəklərdə əks-səda verdi.

Artıq bu şüar bütün təbrizlilərin, Güney azərbaycanlılarının dilinin əz­bəridir. Bununla da onlar 1945–1946-cı illərdə mövcud olmuş unudulmaz xalq hakimiyyətinin yaddaşlarda yaşadığını göstərir. Təbrizlilər demokratik həraka­tın yenidən qələbə çalacağına əminlik­lərini bu çağırışla inamla ifadə edirlər.

Təbrizdə keçirilən futbol oyunları hər dəfə Güneyin baş şəhərində azad­lıq aşiqlərini bir yerə toplayan mitinqləri xatırladır. Milli haqların qəniminə çevril­miş hakim rejimlə bu mübarizədə xalq Qələbə topunu əsarət qapısından ke­çirəcək. 

Rəhman GƏNCƏLİ



Son xəbərlər