Şəhidlər torpağa tapşırıldı

post-img

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin törətdikləri növbəti təxribat nəticəsində şəhid olmuş hərbçilərimiz Elşad Həsənov, Vidadi Zalov və Səbuhi Tağıyev dünən son mənzilə yola salınıblar.

Məlum olduğu kimi, er­məni hərbi birləşmələri sra­ğagün saat 16:20 radələ­rində Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamə­tində yerləşən mövqelərin­dən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində­ki üzbəüz mövqelərini mi­naatan və iriçaplı silahlar­dan istifadə etməklə atəşə tutublar. Təxribatın qarşısı qətiyyətlə alınıb, düşmənin atəş mövqeləri susdurulub və adekvat cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Təəssüf ki, qarşı tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun ad­ları çəkilən üç hərbi qulluq­çusu şəhid olub. Prezident İlham Əliyev ATƏT-in fəaliy­yətdə olan sədri Buyar Os­manini qəbul edərkən bildirib ki, sərhəddə baş vermiş insi­dent Ermənistanın məqsəd­yönlü təxribatıdır.

Ağstafa şəhər Şəhidlər xiyabanında bu rayonun sakini, 1994-cü il təvəllüdlü şəhid Elşad Həsənovun izdihamlı keçən dəfn mə­rasimində Müdafiə Nazirli­yinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döv­lət Xidmətinin, rayon icra hakimiyyətinin və ictimaiy­yətin nümayəndələri, Qara­bağ müharibəsi veteranları, gənclər iştirak ediblər.

Şəhid Vidadi Zalov Abşeron rayonunun Sa­ray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında izdihamla dəfn olunub. Mə­rasimdə şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nü­mayəndələri iştirak ediblər.

Şahbuz rayonundan olan Səbuhi Tağıyevin nəşi isə Naxçıvana aparılıb və ora­dakı Beynəlxalq Hava Lima­nında şəhidin qarşılanma mərasimi keçirilib. O, Ba­damlı qəsəbəsindəki qəbi­ristanlıqda torpağa tapşırılıb.

Müdafiə Nəzirliyinin rəh­bərliyi şəhid hərbi qulluqçu­ların yaxınlarına dərin hüz­nlə başsağlığı verib. Dəfn mərasimlərində şəhidlərin əziz ruhlarına dualar oxu­nub.

Allah rəhmət eləsin!

Ə.ƏLİYEV,
H.QASIMOV,
S.HƏSƏNOV,
“Xalq qəzeti”





Sosial həyat