Ukraynanın əks-hücumu yayda gözlənilir

post-img

Ukraynanın şərqində hərbi vəziyyət gərgin olaraq qalır. Dünən Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat çərçivəsində müxtəlif istiqamətlərdə hücumlarını davam etdiriblər. Əsas döyüşlər Baxmut ətrafında gedib. Məlumatı “İnterfaks.ru” verub. 

Məlumata görə, Rusiya ordusu “Vaq­ner” döyüşçüləri ilə birlikdə Baxmutun mərkəzində hər bir küçə, məhəllə uğ­runda mübarizə aparıb. Şəhərə raket, artilleriya və aviasiya zərbələri endirilib. Bu barədə məlumat verən RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Ko­naşenkov bildirib: “Donetsk istiqamətində döyüşlərdə əsas səylər Baxmuta yönə­lib. Ukrayna qüvvələrini şəhərdən vurub çıxarmaq üçün döyüşlər davam etdirilib”. 

Ukrayna tərəfinin məlumatında bil­dirilib ki, Baxmut istiqamətində döyüşlər nəticəsində 126 rus əsgəri məhv edilib, 184-ü yaralanıb. Şəhərdə vəziyyət gər­gin olaraq qalır. Məlumatı Ukrayna Silah­lı Qüvvələri Şərq qruplaşmasının spikeri Sergey Çerebatı verib. 

Onun sözlərinə görə, Rusiya hərb­çiləri Donetsk vilayətinin Liman şəhəri yaxınlığında da Ukrayna mövqelərinə hücuma cəhd ediblər. Ancaq hücum cəh­dinin qarşısı alınıb və Rusiyanın iki tankı məhv edilib.

Dünən Ukrayna Prezidenti və bir sıra digər rəsmi şəxslər aprelin 11-də axşam saatlarında sosial şəbəkələrdə Rusiya hərbçiləri tərəfindən ukraynalı əsgərin başının kəsilməsi ilə bağlı yayılmış vi­deoya münasibət bildiriblər. Prezident Volodimir Zelenski deyib ki, ukraynalı əsirin öldürülməsi səhnəsini bütün dün­ya görməlidir: “Bu Rusiyanı olduğu kimi göstərən videodur. Onlar üçün insan yox­dur. Oğul, qardaş, ər... Kiminsə uşağı...” 

Zelenski bildirib ki, bu, təsadüfi bir epizod deyil: “Əvvəllər də belə olub. Bu­çada da belə olub. Min dəfə. Hər kəs buna münasibət bildirməlidir. Hər bir li­der. Gözləmək lazım deyil ki, vaxt keçsin və bu hadisə unudulsun. Ukrayna heç nəyi unutmayacaq və bağışlamayacaq”.

ABŞ-da səfərdə olan Ukrayna baş naziri Denis Şmıqal isə “The Hill” qə­zetinə müsahibəsində deyib ki, ölkəsi əks-hücum əməliyyatlarına yay ayların­da başlaya bilər. Çünki Kiyev əlavə hərbi yardımlara, daha çox artilleriyaya, sursa­ta, orta və uzaq mənzilli raketlərə, tankla­ra və qırıcılara ehtiyac duyur. Şmıqal ar­tıq kanadalı həmkarı Castin Trüdo ilə də görüşdə Kiyevə yeni hərbi yardımla bağlı razılığa gəlib.

“Xalq qəzeti”

Son xəbərlər