Regional vəziyyət müzakirə olunub

post-img

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Tür­kiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon da­nışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmə­ti idarəsindən bildiriblər ki, telefon danışı­ğı zamanı nazirlər Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə edib­lər.

Tərəflər, həmçinin qarşılıqlı maraq do­ğuran digər sahələr ətrafında fikir müba­diləsi aparıblar.

***

Martın 27-də Azərbaycan Respub­likasının xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatla­rı Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donf­rid arasında telefon danışığı olub.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımağa davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən bu təxribatlara qarşı güc tətbiq etmədən atılan addımlar barə­də məlumat verib.

Söhbət zamanı Azərbaycan ərazilərin­də qeyri-qanuni fəaliyyətin qarşısının alın­ması məqsədilə Laçın yolunun başlanğı­cında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yara­dılmasının əhəmiyyəti bir daha qeyd olu­nub. Nazir, həmçinin sülh sazişi üzrə da­nışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır oldu­ğunu vurğulayıb.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər