“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 124-cü kitabı çapdan çıxıb

post-img

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 124-cü kitabı çapdan çıxıb. 

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2022-ci ilin noyabr-dekabr aylarını əhatə edir. O dövrün ən mühüm hadisələrindən biri Prezident İlham Əliye­vin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü olub. Döv­lətimizin başçısı görüşdə çıxışı zamanı Qərbi azərbaycanlıların doğma yurdları­na qayıdışı məsələsini gündəmə gətirdi. Əminliklə bildirdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, on­ların yaxınları, uşaqları, nəvələri də tarixi diyarımız olan Qərbi Azərbaycana qayıda­caqlar. Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Sitat: Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zən­gilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insan­ların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya get­məyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar.

Yeni kitaba dövlətimizin başçısının di­gər mühüm bir tədbirdə – ADA Universi­tetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışının və ona verilən suallara cavablarının mətnləri də daxil edilib. 

Dekabr ayı Prezident İlham Əliyevin bir neçə mühüm xarici səfəri ilə yadda qa­lıb. Dövlətimizin başçısı dekabrın 14-də Azərbaycan Respublikası, Türkiyə Res­publikası və Türkmənistan Dövlət Başçı­larının Birinci Üçtərəfli Zirvə görüşündə iş­tirak etmək üçün Türkmənistanda işgüzar səfərdə olub. Dekabrın 17-də “Azərbay­can Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in im­zalanması mərasimi ilə bağlı Rumıniyaya işgüzar səfər edib. Dekabrın 26-da isə Rusiyada MDB dövlət başçılarının iclasın­da iştirak edib. Yeni nəşrdə həmin səfərlər barədə materiallar yer alıb.

Bu nəşrdə Prezident İlham Əliyevin ölkəmizə işgüzar səfərə gəlmiş Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşü haqqında informasiya, iki ölkənin liderlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri də verilib. 

Dövlətimizin başçısı dekabr ayında bölgələrdə də səfərdə olub. Şəki rayonun­da Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulmasından sonra açılış mərasimində iştirak edib, Orta Zəyzid kəndində “Green Factory” MMC-nin quru meyvə istehsalı müəssisəsində yaradılmış şəraitlə, Hey­dər Əliyev Fondu tərəfindən Şəki Xan Məscidi Kompleksində aparılmış bərpa işləri ilə, habelə Şəkidə Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparı­lan təmir-bərpa işləri ilə tanış olub, sənət­karlarla, ustalarla söhbət edib. Prezidentin iştirakı ilə həmçinin Oğuz rayonunda kiçik su elektrik stansiyaları silsiləsinin açılışı olub, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-u­şaq bağçası istifadəyə verilib. Dövlətimizin başçısı səhər çərçivəsində “Şəki-Oğuz” Aqroparkında qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. Bütün bunlar haqqında informasiyalar 124-cü kitabda əksini tapıb. 

Yeni kitaba Prezident İlham Əliyevin Bakı Metropoliteninin “Xocasən” stansi­yasının və “Xocasən” elektrik deposunun açılış mərasimində iştirakına, Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında görül­müş işlərlə tanışlığına və Qarabağ Atları Kompleksinin təməlini qoymasına dair materiallar da daxil edilib. 

Oxucu bu kitabda Prezidentin Azər­baycan könüllülərinin V Həmrəylik Foru­munun iştirakçılarına, Azərbaycan Me­marlarının XX Qurultayının iştirakçılarına, “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” Beynəlxalq Forumun iştirakçılarına mü­raciətlərinin, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il münasibətilə Azərbaycan xalqına təbrikinin mətnləri ilə də tanış ola bilər. 

“Azərnəşr” tərəfindən buraxılan 124-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏR­TAC) materiallarından istifadə olunub.

AZƏRTAC

Sosial həyat