Ermənistan ATƏT-də Azərbaycanla bağlı bəyanatın qəbuluna mane olub

post-img

Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən qətnamənin qəbuluna mane olub. 

Xəbər verildiyi kimi, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritani­yada keçirilmiş 49-cu sessiyası zamanı dünən qəbul edilmiş 5 qətnamədən biri “Tehrandakı Azərbaycan Respublika­sının səfirliyinə qarşı hücum” adlı qət­namə idi. Qətnamədə 2023-cü il yanva­rın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı ölümlə nə­ticələnən silahlı hücum qəti şəkildə pis­lənir, İran hökuməti baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törə­dənləri cinayət məsuliyyətinə cəlb et­məyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin müha­fizəsini təmin etməyə çağırılır.

Ermənistan tərəfi İranın sifarişi ilə eyni məzmunlu bəyanatın ATƏT-də qə­bul edilməsinə mane olub.

Təəssüf ki, iki aya yaxın müddətdə davam edən müzakirələrə Ermənis­tan tərəfi hər vəchlə maneə törədib və səfirliyə xain hücumu pisləyən, ter­ror qurbanlarının ailələrinə başsağlığı diləklərinin çatdırıldığı və ədalətin təmin olunması məqsədilə hərtərəfli istintaq aparılmasının vacibliyinin vurğulandığı bəyanatın qəbuluna imkan verməyib.

Bu, bir daha göstərir ki, Ermənistan İranın ATƏT-də əsas təmsilçisi olmaqla yanaşı, sülhdə və əmin-amanlıqda ma­raqlı olmayan tərəfdir.

 

AZƏRTAC

Son xəbərlər