MEDİA könüllüləri ilə görüş

post-img

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində MEDİA könüllüləri ilə görüş keçirilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov könüllülərlə söhbət zamanı ölkədə gənclərin inkişafı istiqamətində görülən işlərdən, könüllü­lük hərəkatının müxtəlif sahələrə verdiyi töhfələrdən və yaratdığı müsbət nəti­cələrdən, media sahəsində kadr poten­sialının artırılmasından, gənclərin müasir media mühitinin tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətin­dən danışıb. O, gənclər arasında media savadlılığının artırılması üçün maariflən­dirmə işlərinin genişləndirilməsinin vacib­liyini vurğulayıb və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Görüşün davamında agentliyin bölmə rəhbərlərinin iştirakı ilə maraq doğuran məsələlər müzakirə edilib.

 

“Xalq qəzeti”

Son xəbərlər